Korvinus Universitetindən "Ph.D., Dəyişiklik və Transformasiya" mövzusunda konfrans

Bazar ertəsi, 07 Fevral 13:00

Korvinus Universitetindən "Ph.D., Dəyişiklik və Transformasiya" mövzusunda konfrans

Əlaqə

Onlayn

Dəyişiklik və Transformasiyanı əhatə edən Ph.D. konfransında tədqiqat və doktorantura proqramları ilə maraqlanan magistr tələbələri iştirak edə və peşəkarlardan suallarına cavab tapa bilərlər.

Nəzərinizə çatdırmaq istərdik ki, fevralın 7-də Korvinus Universiteti tədqiqat və doktorantura proqramları ilə maraqlanan magistr tələbələri üçün onlayn Dəyişiklik və Transformasiya mövzusunda Ph.D. konfransa ev sahibliyi edir.

Biznes və Menecment Doktorantura Məktəbinin, eləcə də İqtisadiyyat, Biznes və İnformatika Doktorantura Məktəbinin təşkilatçığı ilə baş tutacaq konfrans əsasən magistr tələbələrinə akademik konfransların atmosferini yaşamağa kömək edəcək, həmçinin tələbələr hər bölmələrdən olan doktorantura rəhbərlərinə bu təhsildə tədqiqat sahələri ilə bağlı suallarını vermək imkanı əldə edəcəklər.

Nəzərə alın ki, konfrans MS Teams üzərindən onlayn keçiriləcəkdir.

Qeydiyyat və konfransın gündəliyi ilə tanış olmaq üçün buradan keçid edin.

Korvinus Universiteti bir çox təhsil sahələrində əldə etdiyi uğurlara görə Macarıstanın reytinq cədvəlində birinci yerdədir. 14000-dən çox tələbənin təhsil aldığı universitetin 3 müxtəlif kampusunda 7 fakültə fəaliyyət göstərir. Universitetin akademik heyəti ixtisaslı müəllim və professorlardan ibarətdir.

Təcrübəli xaricdə təhsil şirkəti olaraq StudyNet Group hər zaman tələbələrə gələcək karyeralarını seçməkdə kömək etməkdən məmnundur.

Onlayn

© 2018 SNG, All Rights Reserved.