Korvinus Universitetində Onlayn Açıq qapı günü

Çərşənbə, 30 Mart 18:00

Korvinus Universitetində Onlayn Açıq qapı günü

Əlaqə

Onlayn

Bu tədbirdə gələcək tələbələr akademiklər, əməkdaşlar, professor-müəllim heyəti ilə görüşmək fürsəti əldə edəcəklər.

Partnyor universitetlərimizdən biri olan Korvinus Universiteti bu çərşənbə günü, martın 30-da beynəlxalq tələbələr üçün Onlayn Açıq qapı günü tədbiri təşkil edir.

Universitet əməkdaşları canlı sual-cavab sessiyası ilə sizi Corvinus Universitetindəki tələbə həyatı ilə tanış edəcəklər.

Bu tədbirdə gələcək tələbələr akademiklər, əməkdaşlar, professor-müəllim heyəti ilə görüşmək fürsəti əldə edəcəklər. Həmçinin, onlar hazırkı tələbələrin fikirlərini eşitmək və Corvinusda təhsil almağın nə olduğu haqqında daha geniş məlumat almaq imkanı qazanacaqlar.

Qeyd edək ki, Universitetin akademik heyəti tərəfindən müraciət üçün son tarixlər uzadılmışdır.

Bundan əlavə, tədbir Facebook vasitəsilə yayımlanacaq, iştirak etmək istəyən şəxslər link vasitəsilə qeydiyyatdan keçməli və statusu “going” olaraq təyin etməlidirlər.

Corvinus Universiteti bir çox təhsil sahələrində əldə etdiyi uğurlara görə Macarıstanın reytinq cədvəlində birinci yerdədir. Universitetin 3 müxtəlif kampusunda 7 fakültə var ki, burada 14 mindən çox tələbə təhsil alır. Universitetin akademik heyəti ixtisaslı müəllim və professorlardan ibarətdir.

Xaricdə təhsil şirkəti olaraq StudyNet Group tələbələrə gələcək karyeralarını seçməkdə kömək etməkdən həmişə məmnundur.

Onlayn

© 2018 SNG, All Rights Reserved.