King's College London universitetindən qəbul almış tələbələrlə görüş

Cümə axşamı, 15 İyul 15:00

King's College London universitetindən qəbul almış tələbələrlə görüş

Əlaqə

Online

StudyNet Group şirkətinin 15 İyul 2021-ci il tarixdə planlaşdırdığı onlayn görüş məhz İngiltərənin KCL universitetindən qəbul almış tələbələri üçün nəzərdə tutulub. Buna baxmayaraq tədbirə yalnız universitetdən qəbul almış tələbələr deyil, həm də gələcəkdə təhsilini bu universitetin hər hansı proqramı üzrə davam etdirmək istəyən tələbələr də qoşula bilər.

StudyNet Group şirkətinin uzunmüddətli əməkdaşlıq etdiyi universitetlərdən olan King's College London, Birləşmiş Krallıq Universitetləri arasında təhsilin keyfiyyətinə görə bütün illərdə top 10-luqda yer tutur . KCL (King's College London) universitetində təhsil almaq istəyən tələbələrin sayı ildən-ilə artır. Bu isə universitetin hər il artan nüfuzundan xəbər verir.
Artıq universitetlərə müraciət prossesi tamamlanıb və tələbələr seçdikləri universitetlərdən qəbul məktublarını əldə ediblər.

StudyNet Group şirkətinin 15 İyul 2021-ci il tarixdə saat 15.00 üçün planlaşdırdığı onlayn görüş də, məhz İngiltərənin KCL universitetindən qəbul almış tələbələr üçün nəzərdə tutulub. Buna baxmayaraq, tədbirə yalnız universitetdən qəbul almış tələbələr deyil, həm də gələcəkdə təhsilini bu universitetin hər hansı proqramı üzrə davam etdirmək istəyən tələbələr də qoşula bilər.

Onlayn görüş zamanı şirkətimizin təhsil üzrə məsləhətçiləri sizə

  • universitetin təklif etdiyi təhsil proqramları
  • müraciət ərizələrinin hazırlanması prossesi və tələb olunan sənədlər
  • istək məktununun yazılması zamanı xüsusi diqqət edilməli olan məqamlar
  • şərtli və şərtsiz qəbul məktubları
  • yaşayış yerlərinin bron edilməsi
  • İngiltərə üçün tələbə vizası ilə bağlı son yeniliklər
  • ölkəyə səfər etdikdən sonrakı addımlar

haqqında ətraflı məlumat verəcək, həmçinin sizin suallarınızı cavablandıracaqlar.

Görüş Zoom platforması üzərindən keçiriləcək.

İştirak üçün qeydiyyat linki

Görüşə qoşulmaq üçün link:
http://us02web.zoom.us/j/85162901758?pwd=NVlmOTJISERGSGh6L2IzbGdXZURjZz09)

Giriş kodu: 851 6290 1758
Parol: 219005

Online

© 2018 SNG, All Rights Reserved.