King's College London - Görüş Günü

Cümə axşamı, 09 May 15:00

King's College London - Görüş Günü

Əlaqə

Nizami Küçəsi 203B, AF Business House 5-ci mərtəbə

Universitet haqqında ətraflı öyrənmək üçün əvəz olunmaz imkan olan bu görüşdə sizlərə bütün vacib məlumatlar veriləcəkdir.

9 May 2019-cu il saat 15:00-dan 17:00-a kimi King’s College London tələbələrlə görüş günü keçirəcəkdir.
King’s College London-a müraciət etmək istəyən tələbələrin sənədləri ilə birlikdə gəlmələri xahiş olunur.
King’s College London – Böyük Britaniyanin paytaxtı olan London şəhərinin tam mərkəzində yerləşmişdir.Böyük Britaniyanın tarixi və prestijli universiteti olan universitet təhsil proqramları və tədrisin keyfiyyətinə görə dünyada ən yaxşılardandır.Bir çox müəllim heyəti Nobel mükafatına layiq görülmüşdür. Hal-hazırda tədqiqat üçün İngiltərənin ən çox maliyyələşdirilən universitetlərindən biridir. King George IV və Duke Wellington tərəfindən 1829-cu ildə təsis edilmişdir.

Tibb, stomatologiya, hüquq, siyasi elm və beynəlxalq münasibətlər, beynəlxalq təhlükəsizlik, musiqi və fəlsəfə sahəsində Böyük Britaniyanın və dünyanın ən çox müraciət edilən universitetidir.

Ən əhəmiyyətli kampusu Strand sayılır. Parlament mərkəzinə yürüş məsafəsindədir və temza çayının sahilində yerləşmişdir. Digər vacib kampus Chelsea kampusudur.Universitetin Londondan başqa Bornemouth, Brighton və Oxfordda 4 əsas kampus və 7 alt kampusu vardır.
Reytinq cədvəlində hər zaman ön sıralarda qərarlaşan King’s College London beynəlxalq sıralamada Top 25 universitet arasında göstərilir.Tələbələrin gələcək karyerasını hər zaman diqqət mərkəzində saxlayan universitet,məzunlarının işlə təmin olunma nisbətinə görə Böyük Britaniyada ilk 3 təhsil müəssisəsi içərisindədir.
Prezentasiya zamanı tələbələrə universitetin proqramları,təhsil haqqı,yataqxana imkanları,tələb olunan göstəricilər və s məlumatlər veriləcəkdir.

Nizami Küçəsi 203B, AF Business House 5-ci mərtəbə

© 2018 SNG, All Rights Reserved.