KCL-də Bakalavr dərəcəsi üzrə Liberal İncəsənət Günü

Cümə axşamı, 18 Noyabr 16:00

KCL-də Bakalavr dərəcəsi üzrə Liberal İncəsənət Günü

Əlaqə

Onlayn

Universitet tələbələrə universiteti daha yaxından tanıtmaq üçün yeni fürsət təmin edir.

1829-cu ildə əsası qoyulan King's College London 31.000-dən çox tələbəyə təhsil təqdim edir.

Dünyanın ən yaxşı 10 universiteti arasında yerini alan (QS World University Rankings, 2020) KCL universiteti 18 noyabr saat 16:00-dan 17:00-dək Bakalavr dərəcəsi üzrə Liberal İncəsənət Günü təşkil edir.

Universitet gələcək tələbələrə universiteti daha yaxından tanımaq və King's College Londonda bu maraqlı ixtisas üzrə keçirilən mühazirələrin necə ola biləcəyini və hansı şəkildə təşkil olunduğunu təcrübədən keçirmək imkanı verir.

Həmçinin, bu mühazirədə hazırkı tələbələr, əməkdaşlar və akademiklər də iştirak edcəkdir və iştirakçılar sonda baş tutacaq Sual və Cavab hissəsində bütün suallarına cavab tapacaqlar. Virtual tədbirin bir hissəsi olaraq tələbələr canlı mühazirələrin keyfiyyətini görəcək, habelə departament üzvləri tərəfindən birbaşa olaraq bakalavr proqramında tədris olunan mövzulardan götürülmüş aktiv fəaliyyətlərlə tanış olacaqlar.

Qeydiyyat üçün buradan keçid edə bilərsiniz.

Studynet Group KCL-in Azərbaycandakı yeganə tərəfdaşıdır və bu xüsusi tərəfdaşlıq vasitəsilə biz sizə yuxarıda qeyd olunan proqramlar və tədbirlər vasitəsilə bələdçilik etməkdən məmnunuq. Təklif etdiyimiz xidmətlər aşağıda qeyd olunduğu şəkildədir:

  • Kampus və onlayn tədbirlərdə iştirak;
  • Proqram seçimində;
  • Ərizənin təqdim edilməsi prosesində;
  • Təqaüd ərizələrinin təqdim edilməsində;
  • Yaşayış yerinin seçilməsində;
  • Vizaların əldə edilməsi prosesində köməklik.

Onlayn

© 2018 SNG, All Rights Reserved.