Kaplan 2022 Yay Məktəbi - "Our Junior Camps in 2022"

Cümə axşamı, 17 Fevral 19:30

Kaplan 2022 Yay Məktəbi - "Our Junior Camps in 2022"

Əlaqə

Online

Kaplan 8-17 yaş arası tələbələrə ingilis, alman, fransız dili düşərgələrində iştirak etmək və yay tətillərini əyləncəli dil dərsləri, müxtəlif fəaliyyətlər, eləcə də səyahətlərlə keçirmək imkanı yaradır.

Kaplan International Pathways hər il Böyük Britaniya, Almaniya, Fransa və İsveçrədə 8-17 yaşlı tələbələr üçün geniş fəaliyyət istiqamətləri ilə inkluziv proqramları əhatə edən yay dil düşərgələri təşkil edir.

Hazırda Kaplan Cümə axşamı, 17 Fevral 2022-ci il tarixində "Our Junior Camps in 2022" sessiyasına ev sahibliyi edəcək.

Sessiya gün ərzində iki dəfə təşkil olunacaq:

1-ci sessiya - Böyük Britaniya vaxtı ilə 08.00-da
2-ci sessiya - Böyük Britaniya vaxtı ilə 15.30-da baş tutacaq.

Qeydiyyat üçün buradan keçin edin.

Kaplan 8-17 yaş arası tələbələrə ingilis, alman, fransız dili düşərgələrində iştirak etmək və yay tətillərini əyləncəli dil dərsləri, müxtəlif fəaliyyətlər, eləcə də səyahətlərlə keçirmək imkanı yaradır. Bütün dil dərsləri yüksək keyfiyyətli tədris strukturuna sahib olmaq ilə yanaşı gənc tələbələr üçün xüsusi olaraq peşəkar mühitdə ixtisaslı müəllimlər tərəfindən tədris olunan kurikulum əsasında hazırlanmışdır.

Qeyd olunan yay məktəblərin fərqli şəhərlərdə bir neçə müxtəlif növləri də var ki, hər biri kurs materiallarını, yaşayış yerləri, qidalanma, ekskursiyalar, aktiv fəaliyyətləri və sairəni əhatə edən xüsusi paketlər təqdim edir.

StudyNet Group-un Kaplan ilə olan möhkəm əməkdaşlığı tələbələrə müxtəlif proqramlara və ali təhsil imkanlarına nail olmaları istiqamətində, eləcə də qəbul prosesində əhəmiyyətli üstünlük təqdim edir. Biz tələbələrə müraciət prosesində bələdçilik etməkdən və axtardıqları təhsilə nail olmaqda köməklik göstərməkdən məmnunuq.

Proqramlar, yay məktəbləri və təlimlərlə bağlı hər hansı sualınız yaranarsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Online

© 2018 SNG, All Rights Reserved.