Əsrarəngiz təbiəti ilə hər il dünyanın dörd bir yanından turist axını qəbul edən İsveçrədə turizm təhsili almağa nə deyirsiniz?
Əgər bu barədə qərar verməkdə çətinlik çəkirsinizsə, İsveçrənin qabaqcıl universitetlərindən biri olan, eyni zamanda StudyNet Group-un rəsmi tərəfdaşı olan Swiss Hotel Management School sizin üçün gözəl bir fürsət yaradır.
Swiss Hotel Management School-un təşkil edəcəyi “Magistrlar üçün Virtual Açıq Qapı Günü”də iştirak edə bilərsiniz. Bu onlayn görüşdə iştirak etməklə siz Swiss Hotel Management School haqqında ətraflı məlumat əldə edəcəksiniz, universitetin peşəkar akademik heyətindən dekan köməkçisi Patrick Taffin d'Heursel, universitetin Karyera Xidmətlərinin rəhbəri Robert Saltz və digər aparıcı nümayəndələrin tövsiyələrindən faydalana bilərsiniz. Həmçinin hazırda təhsilini davam etdirən beynəlxalq magistr tələbələri ilə virtual olaraq ünsiyyət qura və suallarınızı ünvanlaya bilərsiniz.
Turizm və otel sənayesində karyera imkanları, universitetin bu sahədə təklif etdiyi bakalavr və magistr proqramları, müxtəlif tərcübə proqramları və kampuslar haqqında fikir sahibi ola biləcəksiniz.
“Magistrlar üçün Virtual Açıq Qapı Günü” 16 oktyabr onlayn baş tutacaq. Qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz.
SWISS HOTEL MANAGEMENT SCHOOL İsveçrənin 1992-ci ildə əsası qoyulmuş beynəlxalq səviyyədə tanınan universitetlərindən biridir. Universitet biznes, turizm, menecment və dizayn sahəsində bir neçə bakalavr və magistratura proqramları təklif edir:
Otelçiliyin idarəedilməsi
Otelçilik və tədbirlərin idarəedilməsi
Otel və dizayn idarəedilməsi
Otel əməliyyatlarının idarəedilməsi
Otel və restoranların idarəedilməsi
Rəqəmsal dəyərin yaradılması və s.