İqtisadiyyat mövzusunda onlayn mühazirələr - University of Essex

Bazar ertəsi, 22 Fevral 15:00

İqtisadiyyat mövzusunda onlayn mühazirələr - University of Essex

Əlaqə

Online

İngiltərənin Essex univestieti gələcəyin magistratura tələbələri üçün onlayn mühazirələr təşkil edir. 22 - 26 Fevral tarixlərində baş tutacaq mühazirələr universitetin "İqtisadiyyat" Departamenti tərəfindən təşkil olunacaq.

İngiltərənin Essex univestieti gələcəyin magistratura tələbələri üçün onlayn mühazirələr təşkil edir. 22 - 26 Fevral tarixlərində baş tutacaq mühazirələr universitetin İqtisadiyyat Departamenti tərəfindən təşkil olunacaq. 90 dəqiqə davam edən onlayn mühazirələr universitetin elmi işçiləri tərəfindən təqdim olunur. Əsasən iqtisadi bərabərsizlik, makroiqtisadiyyat və COVID, iqtisadi davranış və maliyyə texnologiyası və rəqəmsal iqtisadiyyat sahəsində persperktivlər mövzuları müzakirə olunacaq və tədbir iştirakçıları suallarını elmi işçilərə birbaşa olaraq ünvanlaya biləcəklər. Tədbirdə iştirak tamamilə ödənişsizdir.

Mühazirədə iştirak üçün tədbirin səhifəsinə daxil olub qeydiyyatdan keçmək mütləqdir.
Tədbirə qeydiyyat

Növbəti təşkil olunacaq onlayn mühazirələrin tarixi 8-12 Mart tarixlərində nəzərdə tutulub və bu tədbir universitetin Tarix departamenti tərəfindən təşkil olunacaq.
Tədbirə qeydiyyat

Universitetdə magistratura təhsili ilə bağlı bütün suallarınıza cavab tapmaq istəyirsinizsə, aşağıda qeyd olunan linkə keçid edərək univerisitetin idarə heyəti və ayrı-ayrılıqda fakultə heyətinin təqdimatında əhatəli video yazılara baxa bilərsiniz.

Essex universitetində Magistratura təhsili

Essex universiteti 2018-ci ildə İlin universiteti adını qazanıb; Times ali təhsil üzrə dünya universitetlərinin reytinq cədvəlində 2019-cu il üzrə sosial elmlər sahəsində top 50-likdə yer alıb; QS mövzular üzrə reytinqində isə 2019-cu ildə siyasi və sosiologiya elmləri sahəsində top 50-likdə qərarlaşıb.

Universitet yerli tələbələrlə yanaşı əcnnəbi tələbələ arasında da ali təhsil üçün üstünlük verilən universitetlərdəndir, belə ki, universitetin Colchester, Southend-on-Sea and Loughton kampuslarında 140 ölkənin nümayəndəsi təhsil alır.

Universitetə qəbul prossesinin aparılması, tələbə vizasının əldə olunması, xaricdə yaşayış yerlərinin bron olunmasında hər hansı çətinliyinin olarsa Essex universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi StudyNet Group şirkəti sizə bu sahədə yaxından köməklik göstərməyə hazırdır.

Online

© 2018 SNG, All Rights Reserved.