INTO - Birləşmiş Krallıq universitetləri ilə onlayn görüş

Cümə axşamı, 21 Yanvar 14:00

INTO - Birləşmiş Krallıq universitetləri ilə onlayn görüş

Əlaqə

Online

INTO təhsil provayderi 2021-ci il üçün ilk vebinarını elan edir. Vebinarın mövzusu INTO-ya daxil olan Birləşmiş Krallıq universitetlərinin təklif etdiyi təhsil proqramları haqqında olacaq.

INTO beynəlxalq təhsil provayderi 2021-ci il üçün ilk vebinarını elan edir. Vebinarın mövzusu INTO-ya daxil olan Birləşmiş Krallıq universitetlərinin təklif etdiyi təhsil proqramları haqqında olacaq.

21 Yanvar 2021 – 14.00

University of Exeter

Russel Group universitetləri siyahısına daxil olan Exeter universiteti Krallığın yüksək təbəqəli tədqiqat universitetidir. Son 3 il ərzində Universitetin təklif etdiyi proqramlar müxtəlif nominasiyalar üzrə dəyərləndirilmişdilər. Bu proqramlara İdman elmləri, Biznes və Menecment, Komputer ixtisası, Mühasibatlıq və maliyyə, İnşaat mühəndisliyi, Ətraf mühit elmləri, Psixologiya, Hüquq ixtisasları daxildir.

Tədbirə qeydiyyat

26 Yanvar 2021 – 14.00

University of Stirling

Universitet, The Times və The Sunday Times Good University Guide tərəfindən 2020-ci ilin ən yaxşı İdman universiteti seçilmişdir. Bundan başqa universitet Biznes təhsili, İdman biznesi fakultələrinə görə nominasiya əldə etmiş eləcə də, kampusun ərazisində olan idman avadanlıqlarına görə, Şotlandiyada 1-ci, Birləşmiş Krallıqda 4-cü yerə çıxmışdır.
Universitet, professional idmanla maraqlanan tələbələr üçün xüsusi proqramlar təklif edir ki, bu proqrama sərbəst dərs cədvəli, təlimlər və təqaüdlər daxildir.
Üzgüçülük | Futbol | Tenis | Triatlon | Qolf | Buzüstü şahmat

Universitet həmçinin nəzdində olan Karyera xidmətinə görə və kampus mühitinə görə də qabaqcıl yerləri tutur.

Tədbirə qeydiyyat

INTO-ya daxil olan Krallıq universitetlərinin təklif etdiyi tədris və təqaüd proqramları ilə bağlı ətraflı məlumat almaqda, universitetlərə qəbul şərtləri, müraciət ərizlərini hazırlanması, vizanın əldə olunmasında və digər məsələlərlə bağlı StudyNet Group şirkətinin təcrübəli təhsil məsləhətçiləri sizə yaxından köməklik göstərməyə hər zaman hazırdırlar.

Online

© 2018 SNG, All Rights Reserved.