İnqilabi ideyaları və yenilikləri 2022 Edinburq Elm Festivalında kəşf edin!

Çərşənbə, 13 Aprel 10:00

İnqilabi ideyaları və yenilikləri 2022 Edinburq Elm Festivalında kəşf edin!

Əlaqə

Edinburq, Şotlandiya

2022 Festivalı həyat formalarını, yenilikləri, inqilabi ideyaları və qlobal çağırışların həlli yollarını təqdim edəcək.

Edinburq Elm Festivalı 2022 indi ziyarətçilər üçün açıqdır!

2022 Festivalı həyat formalarını, yenilikləri, inqilabi ideyaları və qlobal çağırışların həlli yollarını araşdıraraq təqdim edəcək. Edinburq Elm Festivalı, iki həftə ərzində ailələr və böyüklər üçün təxminən 270 tədbirlə Böyük Britaniyanın ən böyük Elm Festivalıdır.

Heriot-Watt Universiteti - tərəfdaş universitetlərimizdən biri də sərgilənəcək bir sıra mövzu ilə bu festivalda iştirak edəcək.

Aşağıda bu festivalda universitetin təqdim edəcəyi və ən çox marağa səbəb olacaq tədbirlərin siyahısı ilə tanış ola bilərsiniz.

Edinburq Elm Festivalı - Datashpere - 13 aprel saat 10:00-da
Edinburq Elm Festivalı - Robotlar Gələcəkdə bizə necə kömək edəcək - 14 aprel, saat 18:00
Edinburq Elm Festivalı - Data After Dark - 21 aprel, saat 19:00

Edinburq Elm Festivalında baş tutacaq DataSphere sərgisi yalnız maraqlı və interaktiv sərgidən ibarət olmayacaq, həmçinin Data After Dark-da DJ-lər və eksklüziv, yeni fəaliyyətlər də yer alacaq. Bundan əlavə, siz burada Şotlandiyanın Milli Muzeyini kəşf edə, eləcə də Yaradıcılıq qalereyalarını, onların praktiki interaktivlər ilə tanış ola bilərsiniz.

Tədbirə qoşularaq müasir həyat texnologiyaları haqqında daha çox məlumat əldə edəcəksiniz.

Biletinizi bron etmək və əlavə məlumat əldə etmək üçün Edinburq Elm Festivalının veb saytına buaradan daxil olun.

Sizi təhsil sahəsinə dair ən son xəbərlər, hadisələr və yeniliklər barədə məlumatlandırmaqdan məmnunuq. Proqramlar, universitetlər və ya kurs seçimi ilə bağlı hər hansı sualınız yarandığı halda, asanlıqla bizimlə əlaqə saxlaya bilərsiniz.

Edinburq, Şotlandiya

© 2018 SNG, All Rights Reserved.