İngiltərədə baş tutacaq virtual “Açıq Qapı”gününə dəvətlisiniz!

Şənbə, 23 Aprel 15:00

İngiltərədə baş tutacaq virtual “Açıq Qapı”gününə dəvətlisiniz!

Əlaqə

Onlayn

Regent’s University London təhsil həyatınızın növbəti mərhələsində düzgün ixtisas seçimi edə bilməyiniz üçün sizə rahat və əlverişli bir imkan yaradır.

Böyük Britaniyanın Londondakı prestijli universitetlərindən biri olan Regent’s University London magistr təhsili almaq istəyən gənclər üçün virtual “Açıq Qapı” günü təşkil edir.

Regent’s University London təhsil həyatınızın növbəti mərhələsində düzgün ixtisas seçimi edə bilməyiniz üçün sizə rahat və əlverişli bir imkan yaradır. Belə ki, siz virtual “Açıq Qapı" günündə iştirak etməklə universitetin professorları ilə onlayn görüş imkanı qazanacaqsınız və hazırda həmin universitetdə təhsil alan beynəlxalq tələbələrlə ünsiyyət qura biləcəksiniz. Bundan əlavə olaraq, Regent’s University Londonda keçdiyi keyfiyyətli təhsil yolu sayəsində uğurlu iş və karyera sahibi olmuş məzunlarla görüş sizin üçün tam bir motivasiya mənbəyi ola bilər.

Virtual “Açıq Qapı”günündə sizi maraqlandıran və haqqında ətraflı məlumat əldə etmək istədiyiniz ixtisas barəsində suallarınızı ekspertlərə ünvanlaya bilərsiniz. Bununla siz Regent’s University Londonda təhsil almağın digər universitetlərlə müqayisədə hansı üstünlüklərə sahib olduğunu öyrənə bilərsiniz.

Eyni zaman daxilində baş tutan sessiyalarda iştirak edə bilməsəniz, buna görə narahat olmağa dəyməz. Belə ki, qoşula bilmədiyiniz sessiyalar video-qeydə alınacaq və daha sonra izləmə imkanına sahib olacaqsınız.

Virtual “Açıq Qapı” günü 23 aprel tarixində, Bakı vaxtilə 15:00-da baş tutacaqdır. Qeyd olunan bu linkə keçid edərək həm qeydiyyatdan keçə bilərsiniz, həm də sessiyalarda haqqında məlumat veriləcək magistr dərəcəli ixtisasların siyahısı ilə tanış ola bilərsiniz.

StudyNet Group gənclərin xaricdə təhsil xəyallarının daha əlçatan olması üçün, dünyada baş verən təhsillə bağlı yeniliklərin zamanında sizə çatdırılması üçün daim bütün səyi ilə çalışır. Uzun müddətdir ki, bu sahədə çalışan StudyNet Group öz peşəkar komandası ilə sizin xidmətinizdədir və suallarınızı cavablamağa hər zaman hazırdır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.