Imperial College London magistr təhsili almaq istəyən tələbələri onlayn görüşə dəvət edir!

Çərşənbə axşamı, 13 Fevral 16:00

Imperial College London magistr təhsili almaq istəyən tələbələri onlayn görüşə dəvət edir!

Əlaqə

Onlayn

Imperial College London, elm, mühəndislik, tibb və biznesə diqqət yetirən yeganə Böyük Britaniya universitetidir.

Imperial College London penisilini kəşf edən professor ser Alexander Fleming də daxil olmaqla çoxsaylı Nobel mükafatçıları yetişdirmişdir.

Imperial College London, elm, mühəndislik, tibb və biznesə diqqət yetirən yeganə Böyük Britaniya universitetidir. Oxford və Cambridge ilə birgə Birləşmiş Krallığın ən yaxşı 3 universitetindən biri olan Imperial College London magistr təhsili almaq istəyən tələbələr üçün virtual görüş təklif edir. Təhsil müəssisəsi müntəzəm olaraq dünyanın ən yaxşı 10 universiteti arasında yer alır.

Tarix: 13 fevral 2024
Vaxt: 16:00 – 17:00 GMT
Görüşdə iştirak etmək istəyənlər linkdən keçid edə bilər.

Imperial London College həmçinin müxtəlif təqaüd proqramları və təhsil haqqına endirimləri ilə bilinən yüksək reytinqli universitetlərdən biridir, belə ki, siz təhsil haqqının 25%-nə kimi endirim, eləcə də 50,000 USD qədər təqaüd qazana bilərsiniz.

Imperial College London mühəndislik, elm, tibb və biznesin bir çox sahələrində 3000-dən çox akademik və tədqiqat heyəti ilə unikal təcrübəyə malik dünya səviyyəli bir universitetdir. Təhsil müəssisəsinin magistr pilləsi üzrə aşağıda göstərilən fakültələri var:

  • Təbiət elmləri və riyaziyyat
  • Mühəndislik və texnologiya
  • Tibb və səhiyyə
  • Biznes və idarəetmə
  • Kompüter elmləri və İT
  • Ətraf mühit tədqiqatları və yer elmləri
  • İncəsənət, dizayn və memarlıq
  • Təhsil və təlim
  • Sosial elmlər
  • Jurnalistika və media
  • Kənd təsərrüfatı və meşə təsərrüfatı
  • Tətbiqi elmlər və peşələr
  • Qonaqpərvərlik, istirahət və idman
  • Humanitar elmlər

Təhsil məkanının MSc, MRes, MBA və sairə dərəcələri üzrə əsas tələbi, tələbənin beş illik yaxud dörd illik təhsilini yüksək nəticə ilə başa vurması, ingilis dili biliyi və ixtisasa uyğun olaraq akademik qiymətləndirmə testlərinin ballarıdır.

Studynet Group Böyük Britaniyanın çox nüfuzlu universitetlərinin rəsmi əməkdaşı olaraq sizə təhsil xidmətləri göstərməkdən məmnundur.

Onlayn

© 2018 SNG, All Rights Reserved.