IBS Budapeştdə "Açıq qapı" günü

Cümə, 30 İyul 18:00

IBS Budapeştdə "Açıq qapı" günü

Əlaqə

Budapeşt, Macarıstan

30 iyul tarixində IBS yeni təhsil illərinə burada başlayacaq olan tələbələr üçün "Açıq qapı" günü elan edir.

Daim yenilikçi və dinamik təhsili ilə seçilən IBS, Mərkəzi Avropada ilk yüksək təhsil ilə təmin edən universitetlərdən biri olaraq tanınır və yeni təhsil ilində öz tələbələrini qarşılamağa hazırdır.

Belə ki, 1991-ci ildə əsası qoyulan bu universitet Bukingham Universiteti ilə əməkdaşlığına əsasən məzun tələbələri adı çəkilən universitetin diplomu ilə təmin edir. Universitet geniş kitabxana, eləcə də müasir lobaratoriya və innovasiya mərkəzi, istirahət zalları və yataqxana ilə təhciz olunaraq tələbərin rahat və keyfiyyətli təhsil almalarını təmin edir.

Avropa və İngiltərə təhsil metodologiyasından istifadə edərək, İBS bakalavr və magistr dərəcələri üzrə maliyyə, biznesin idarə edilməsi, biznes və diplomatiya kimi sahələrdə müxtəlif proqramlar təklif edir.
60 müxtəlif ölkədən 1300-dən çox əcnəbi tələbəyə keyfiyyətli təhsil sistemindən yararlanmaq imkanı verən İBS yeni təhsil ilində də bunu davam etdirir və bunun üçün bir sıra məlumat sessiyaları, universitet ilə tanışlıq günləri təşkil edir.

30 iyul tarixində IBS yeni təhsillərinə burada başlayacaq olan tələbələr üçün "Açıq qapı" günü elan edir. Tədbirin proqramına əsasən tələbələr ilk olaraq universitet və onun gördüyü işlər və təklif etdiyi imkanlar ilə tanış olacaq, daha sonra isə görüş məsləhət sessiyası ilə davam edəcəkdir. Nəhayət sonda gənclər universitetin təhsil kompleksini gəzərək kampus ilə yaxından tanış olacaqlar.

İştirak üçün növbəti linkdən qeydiyyatdan keçməyiniz tələb olunur: https://forms.gle/n8Jn4UV8JbBMDnfz5
Daha ətraflı məlumat ilə universitetin rəsmi saytından tanış ola bilərsiniz.

Qeyd: Görüş IBS universitetinin Budapeşt korpusunda baş tutacaq.

StudyNet Group şirkəti bir sıra Avropa universitetləri ilə uzunmüddətli əməkdaşlıq əlaqələri quraraq, yerli, eləcə də əcnəbi tələbərə bu universitetlərə müraciət, qəbul və viza alınması prosesində köməklik göstərir.

Budapeşt, Macarıstan

© 2018 SNG, All Rights Reserved.