Goldsmith Universiteti vəkil ixtisasına həsr olunmuş və bu ixtisasın müxtəlif tərəflərinin müzakirə edilməsi planlaşdırılan onlayn tədbir təşkil edir.
Tədbir bu ixtisasa yiyələnən tələbələrin şəhərdəki kommersiya, korporativ və ya vergi hüquq şirkətlərində işləməyə hazır olub-olmadıqlarını və ya cinayət hüququ praktikasını keçmək və ya QHT-lərdə çalışaraq insan hüquqlarını müdafiə etmək istədiklərini başa düşmələrini asanlaşdırmaq məqsədi daşıyır.
Goldsmiths University London Hüquq fakültəsi, hüquqşünaslar və QHT-lərin hüquq ekspertləri və hüquqşünasları, eləcə də vəkillər, çirkli pulların yuyulması ilə mübarizə üzrə məsul işçilər, prokurorlar, jurnalistlər və ya insan hüquqları müdafiəçiləri kimi çıxış edərək “vəkil olaraq həyatlarının bir günü” haqqında danışacaqlar. Bunlarla yanaşı QHT ekspertləri bir neçə real hadisələr üzərindən danışacaq və bu sahələrdə gələcək karyera perspektivləri ilə bağlı sualları cavablandıracaqlar.
Tədbir 12 Yanvar 2022-ci il Çərşənbə günü, saat 16.00-17.30-da baş tutacaq və əsasən 12 və 13-cü sinif şagirdlərinə, yetkin tələbələrə, valideynlərə və müəllimlərə və GCSE fənlərini seçmək mərhələsində olan, eyni zamanda artıq seçimini etmiş tələbələr üçün nəzərdə tutulmuşdur.
Qeydiyyat üçün buradan keçid edə bilərsiniz.
StudyNet Group uzun illərdir ki, Böyük Britaniyanın bir çox universitetləri ilə əməkdaşlıq edərək xaricdə təhsil təcrübələrini yaşamaq üçün bu universitetləri seçən tələbələrə müraciət prosesində, xaricdə yaşayış yeri tapmaqda və viza almaqda köməklik göstərir.