GISMA biznes məktəbi biznes, menecment, marketinq və digər müvafiq sahələr üzrə Almaniyada təhsil almaq istəyən potensial tələbələr üçün onlayn görüş-vebinar təşkil edir. Vebinara qoşularaq siz qəbul şərtləri, proqramın tədrisi və Almaniyada COVID-19-la bağlı vəziyyət haqqında son məlumatları əldə edəcəksiniz.
Vebinarın vaxtı: 14 Aprel, 2020 saat 15.00 (Bakı vaxtilə)
Qeydiyyat üçün aşağıdakı linkdən istifadə edin:
https://attendee.gotowebinar.com/register/9091599272705601291
Vebinar əsasən 2 hissədən ibarət olacaq: 1-ci hissə təqdimat şəklində olub məlumatverici xarakter daşıyır. 2-ci hissə interaktiv xarakterli olub ual-cavab üzərində qurulacaq ki bu zaman siz GISMA-da proqram seçimi, qəbul şərtləri və s. ilə bağlı sizi maraqlandıran suallarınızı GISMA biznes məkətəbinin Direktor müavini xanım Anastasia Goehr-ə birbaşa ünvanlayaraq cavab tapa bilərsiz.
GISMA biznes məktəbi Almaniyanın aparıcı təhsil ocaqlarından biri olmaqla, biznes, menecment və marketinq ixtisasları üzrə bakalavr və magistr proqramları təklif edir. Bu beynəlxalq tədris mərkəzinin Berlin, Hannover, Hamburq və Londonda yerləşən kampusları mövcuddur.
Mövcud pandemiya şəraitindən asılı olaraq GISMA, LAW universiteti ilə əməkdaşlıqda olmaqla bütün proqramlarını onlayn sistemə keçirib ki bu da gələcəkdə universitetə müraciət edən tələbələrin qarışıq təhsil (başlanğıcda onlayn, sonradan Almaniyada kampusa keçid) almalarına şərait yaradacaq. Bu hal 2020-ci ilin İyul ayından başlayaraq müəyyən proqramlar üzrə qəbul olan tələbələrə aiddir.
Almaniyada təhsillə bağlı daha ətraflı və müfəssəl məlumat vermək üçün StudyNet Group aşağıdakı xidmətlərlə köməklik göstərməyə hazırdır:
• Proqram seçimində köməklik
• Ərizənin təqdim olunmasında yardım
• Qalmaq üçün yerin tapılması
• Vizanın alınması zamanı köməklik
Ətraflı məlumat üçün bizə yazın/zəng edin:
Email: [email protected]
Telefon/WhatsApp: 055 213 8323