Geologiya elmlərində qızlar

Çərşənbə axşamı, 30 Noyabr 16:15

Geologiya elmlərində qızlar

Əlaqə

Online

Tədbirdə 7, 8 və 9 yaşlarında geoelmlər ilə maraqlanan bütün qızlar iştirak edə bilər.

Dünyaca məşhur universitetlərdən biri - Leicester Universiteti qadınların təhsilinin vacibliyini dəstəkləməkdə davam edir.

30 noyabr 2021-ci il, çərşənbə axşamı Universitet "Geologiya elmlərində qızlar" adlı onlayn tədbir təşkil edir .

Ödənişsiz olaraq həyata keçirilən bu tədbirdə 7, 8 və 9 yaşlarında geoelmlər ilə maraqlanan bütün qızlar iştirak edə bilər, həmçinin sessiya boyu iştirakçılar müxtəlif fəaliyyətlər ilə tanış olacaq, habelə virtual olaraq ixtisas haqqında məlumat, canlı təcrübələrdə, sınaq mühazirələrində; proqramlar və fakültələr haqqında məlumat sessiyalarında yer ala biləcəklər.

Bununla yanaşı, onlar müəllimlər, məzunlar və universitet əməkdaşları ilə görüşərək sual-cavab hissəsində onları maraqlandıran bütün suallara cavab tapa biləcəklər.

Təhsil Qiymətləndirilməsi Araşdırmasına görə, Leicester Universiteti 115 universitet arasında 46-cı yerdə qərarlaşmışdır. Ümumilikdə isə Leicester təxminən 300.000 əhalisi olan ticarət və kosmopolit şəhərdir. Şəhərin ərazisi meşələrlə əhatə olunub və Londondan 160 km şimalda yerləşir.

Kiçik iştirakçıların müəllim və ya valideyinlər tərəfindən qeydiyyatı üçün buradan keçid edin.

Tədbir 16:15-dən 17:45-dək baş tutacaqdır.

Leicester Universitetinin əməkdaşlıq etdiyi beynəlxalq partnyorlardan biri olan StudyNet Group şirkəti və təcrübəli təhsil məsləhətçilərimiz sizdə maraq doğuran bir sıra suallarda sizə yardım etməyə hazırdır.

Online

© 2018 SNG, All Rights Reserved.