Gələcəyin mühəndisləri - Lancaster Universiteti

Çərşənbə axşamı, 19 Oktyabr 16:00

Gələcəyin mühəndisləri - Lancaster Universiteti

Əlaqə

Online

Onlayn formatda baş tutacaq görüşdə gənclər məzun tələbələrin iş perspektivləri,eləcə də sənaye və ona bağlı sahələrdə Lancaster universitetində aldıqları təhsil və daha sonrakı təcrübələri haqqında məlumat əldə edə biləcək, həmçinin sual-cavab sessiyasında suallarına ətraflı cavab tapa bilərlər.

Lancaster Universiteti gələcək tələbələri 19 oktyabr baş tutacaq Gələcəyin Mühəndisləri adlı tədbirə dəvət edir.

Onlayn formatda baş tutacaq görüşdə gənclər məzun tələbələrin iş perspektivləri,eləcə də sənaye və ona bağlı sahələrdə Lancaster universitetində aldıqları təhsil və daha sonrakı təcrübələri haqqında məlumat əldə edə biləcək, həmçinin sual-cavab sessiyasında suallarına ətraflı cavab tapa bilərlər.

Tədbir zamanı hazırki məzunların real həyat təcrübələrini eşitmək gələcək tələbələr üçün böyük bir üstünlük olacaqdır.Məzunlarla birlikdə Lancaster-da qazanılan bilik və bacarıqların onlara mühəndislik sahəsində uğurlu bir karyera qurmalarında necə kömək etdiyini müzakirə edəcəklər.

Bu, həmçinin yuxarı sinif şagirdləri üçün əla imkandır, belə ki, Lancaster universitetində mühəndislik üzrə bakalavr proqramının, xüsusi ilə səyedə 1 il proqramının da qısa xülasəsi təqdim olunacaq.

Siz də bu görüşdə öz yerinizi almaq və zəngin məlumatlarla tanış olaq istəyirsinizsə, qeydiyyatdan keçə bilərsiniz.

StudyNet Group universitetin beynəlxalq əməkdaşlarından biri olaraq, bu universiteti seçən yerli və əcnəbi tələbələrə sənəd qəbulu və universitetə müraciət ərizələrinin hazırlanması, tələbə vizalarının əldə olunması, İngiltərədə tələbə yataqxanaları və fərdi yaşayış yerlərinin bron edilməsi və s. sahədə tam dəstək göstərməyə hər zaman hazırdır.

Online

© 2018 SNG, All Rights Reserved.