Experts Talk: Amsterdam Universitetində MSc, İqtisadiyyat

Çərşənbə axşamı, 15 Fevral 10:00

Experts Talk: Amsterdam Universitetində MSc, İqtisadiyyat

Əlaqə

Onlayn

Dünya səviyyəli tədqiqat və tədris mərkəzi olan Amsterdam Universiteti (UvA) tələbələrə orijinal, müstəqil və akademik şəkildə düşünmələrinə kömək etmək üçün çalışır.

ONCAMPUS Amsterdam, Amsterdam Universitetində (UvA) MSc, İqtisadiyyat proqramına yönəlmiş "Experts Talk" vebinarını təşkil edir.

Vebinarın spikerləri qismində iştirak edəcək Amsterdam Universitetinin İqtisadiyyat və Biznes Fakültəsinin Proqram Direktoru Dr. Ward Romp və ONCAMPUS Amsterdam Tələbə Xidmətləri Departamentinin rəhbəri Juriaan Beuk ONCAMPUS Amsterdamın beynəlxalq tələbələrə Avropanın ən ruhlandırıcı şəhərlərindən birində dünya səviyyəli dərəcəyə yüksəlmələri üçün yaratdığı imkanlar haqqında ətraflı danışacaqlar.

Dünya səviyyəli tədqiqat və tədris mərkəzi olan Amsterdam Universiteti (UvA) tələbələrə orijinal, müstəqil və akademik şəkildə düşünmələrinə kömək etmək üçün çalışır. Universitet Amsterdamın mərkəzində yerləşərək, məşhur kanallar, tarix və mədəniyyətlə əhatə olunur. Nəzərinizə çatdıraq ki, Amsterdam tələbəlik təcrübəsini zənginləşdirmək üçün mükəmməl təməldir.

Qeyd edək ki, ONCAMPUS Amsterdam proqramını uğurla başa vuran tələbələr Amsterdam Universitetində ingilis dilində tədris olunan bakalavr və magistr dərəcələri seçiminə keçmək imkanı əldə edirlər.

Vebinar 15 fevral, Çərşənbə axşamı onlayn formatda baş tutacaqdır.

Tədbirdə iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

StudyNet Group beynəlxalq tələbələrə tam qəbul dəstəyi təklif edən OnCampus qlobal təhsil təminatçılarının beynəlxalq tərəfdaşlarından biridir.

Onlayn

© 2018 SNG, All Rights Reserved.