EU MUNICH - Onlayn Açıq Qapı Günü!

Çərşənbə, 14 Dekabr 15:00

EU MUNICH - Onlayn Açıq Qapı Günü!

Əlaqə

Online

Onlayn baş tutacaq tədbirdə siz, qəbul şərtləri, bakalavr və magistr proqramları, eləcə də kampusu virtual gəzmək fürsəti əldə edəcəksiniz!

Sonsuz üstünlükləri ilə hər il minlərlə tələbəni qarşılayan Almaniya yüksək keyfiyyətli təhsil və karyera sahəsində tələbələr üçün ilk seçimlərdən birinə çevrilib.

10 ildən artıqdır ki, StudyNet Group minlərlə tələbəyə Almaniya o cümlədən, Avropada bir sıra yüksək prestijli universitetlərə qəbul və yerləşdirmə prosesində bələdçilik edir.

Bu universitetlərdən biri də, EU Business School-dur. Avropada top 50 universitet arasında yer alan bu universitet, 3 ölkədə fəaliyyət göstərir:

  • Barselona
  • Cenevrə
  • Münhen

3 ölkədə biznes təhsili təqdim edən yüksək standartlı kampuslarda, uyğun olaraq, bakalavr və magistr dərəcənizə sahib ola bilərsiniz! Bununla yanaşı, yalnız biznes deyil, eləcə də turizm, marketinq kimi bir sıra ixtisaslarda da yüksək akademik dərəcə qazanacaqsınız.

Universitetin Münhen şəhərində yerləşən kampusunda təhsilinizə başalamaq istəyirsinizsə, sizi 14 dekabr onlayn baş tutacaq "Açıq qapı" gününə dəvət edirik!
Qeyd edək ki, onlayn baş tutacaq tədbirdə siz, qəbul şərtləri, bakalavr və magistr proqramları, eləcə də kampusu virtual gəzmək fürsəti əldə edəcəksiniz. Qeydiyyat zəruridir!

Tarix: 14 dekabr, 2022
Saat: 3 pm - 4 pm CET
Qeydiyyat buradan.

Hər il EU Business School qlobal şirkətlərin yüksək səviyyəli liderləri ilə bir sıra xüsusi konfranslar təşkil edir. Burada tələbələr tanınmış liderlərin uğur hekayələrini dinləmək, qarşılıqlı əlaqədə olmaq və birbaşa öyrənmək üçün unikal imkan qazanırlar. Son konfranslarda Starbucks-ın həmtəsisçisi - Zev Siegl, Unilever-in keçmiş baş direktoru və IMAGINE-ın həmtəsisçisi - Paul Polman və başqaları iştirak edirdi.

Qeyd edək ki, StudyNet Group sizə bütün proseslərdə, o cümlədən - proqram seçimi, sənədlərin düzgün toplanılması, qəbul prosesi, yerləşdirmə kimi bir sıra proseslərdə bələdçilik edəcək.

Online

© 2018 SNG, All Rights Reserved.