ESSEX universitetində pre-departure görüşü (onlayn)

Çərşənbə axşamı, 01 Sentyabr 13:00

ESSEX universitetində pre-departure görüşü (onlayn)

Əlaqə

Online

Əziz tələbələr... Essex Universiteti 2020-2021-ci tədris ili üzrə universitetdən qəbul alan tələbələri üçün Birləşmiş Krallığa yola düşməzdən öncə bilməli olduqları məlumatları paylaşmaq və tələbələrin rastalaşa biləcəyi mümkün problemləri daha rahat şəkildə həll edə bilmələri məqsədilə onlayn şəkildə "pre-departure" görüşləri təşkil edir. Bir həftə ərzində Universitet dünyanın istənilən yerindən gələn tələbələrin bütün suallarına cavab verəcək, yarana biləcək hər hansı maneələr barəsində qabaqcadan xəbərdarlıq edəcək və tələbələrin təhlükəsiz şəkildə kampus ərazisinə daxil olması üçün virtual şəkildə bütün dəstəyi göstərəcək.

Əziz tələbələr...

Essex Universiteti 2020-2021-ci tədris ili üzrə universitetdən qəbul alan tələbələri üçün Birləşmiş Krallığa yola düşməzdən öncə bilməli olduqları məlumatları paylaşmaq və tələbələrin rastalaşa biləcəyi mümkün problemləri daha rahat şəkildə həll edə bilmələri məqsədilə onlayn şəkildə "pre-departure" görüşləri təşkil edir. Bir həftə ərzində Universitet dünyanın istənilən yerindən gələn tələbələrin bütün suallarına cavab verəcək, yarana biləcək hər hansı maneələr barəsində qabaqcadan xəbərdarlıq edəcək və tələbələrin təhlükəsiz şəkildə kampus ərazisinə daxil olması üçün virtual şəkildə bütün dəstəyi göstərəcək.

Onlayn görüşün proqramı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
Link
Tədbirin video yazısı növbəti 24 saat ərzində saytda yerləşdiriləcək.

"Pre-departure" görüşləri haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
Link

Nəzərinizə çatdırırıq ki, 2018-ci ildə Times Higher Education tərəfindən "İlin universiteti" adı ilə təltif olunmuş Essex universiteti yerli və əcnəbi tələbələrə müxtəlif sahələrdə tədris və araşdırma ixtisasları təklif etməklə yanaşı hər il, ibtidai, orta təhsil və yuxarı sinif şagirdləri, eləcə də əcnəbi ölkələrin şagirdləri üçün müxtəlif elmi və əyləncəli tədbirlər təşkil edir.
Onu da qeyd edək ki, Essex Universitetində Clearing əsaslı ərizə qəbulu davam edir. Aşağıdakı linkdən istifadə edərək universitetin təklif etdiyi proqramlar və müraciət şərtləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Clearing əsaslı qəbul

StudyNet Group şirkəti Essex universitetinin ölkəmizdə rəsmi nümayəndəsi olaraq, sizə müraciət ərizələrinin hazırlanması, təqaüd proqramlarına müraciət, viza dəstəyi, xaricdə tələbə yataqxanalarının rezerv olunması məsələlərində yaxından köməklik etməyə hazırdır.

Təhsilinizdə uğurlar!!!

Online

© 2018 SNG, All Rights Reserved.