Dubayın Murdoch universiteti ilə onlayn görüş

Çərşənbə, 10 Mart 14:00

Dubayın Murdoch universiteti ilə onlayn görüş

Əlaqə

Online

Dubay artıq bir çox ölkələrlə hava nəqliyyatını bərpa etdiyi üçün, ölkəyə gələn əcnəbi tələbələrin təhlükəsizliyi istiqamətində xüsusi tədbirlər görülür. Dubayın Murdoch universiteti bu il, tələbələrə təhsil haqqında endirimlər və 50%-ə qədər təqaüd proqramları təklif edir. **Mart ayının 10-da** Dubay vaxtilə **saat 14.00-da** universitetin tələbə qəbulu üzrə departament meneceri Bradley Farrow aşağıdakı mövzuları əhatə edəcək onlayn görüş planlaşdırır

Dubay artıq bir çox ölkələrlə hava nəqliyyatını bərpa etdiyi üçün, ölkəyə gələn əcnəbi tələbələrin təhlükəsizliyi istiqamətində xüsusi tədbirlər görülür.
Dubayın Murdoch universiteti bu il, tələbələrə təhsil haqqında endirimlər və 50%-ə qədər təqaüd proqramları təklif edir.
Mart ayının 10-da Dubay vaxtilə saat 14.00-da universitetin tələbə qəbulu üzrə departament meneceri Bradley Farrow aşağıdakı mövzuları əhatə edəcək onlayn görüş planlaşdırır:

  • COVID-19 pandemiyası ilə bağlı universitetdə son vəziyyət və mövcud tədris şəraiti
  • Təhsil haqqı ödənişlərinə tətbiq edilən endirimlər və əcnəbi tələbələr üçün təqaüd proqramları
  • Murdoch universitetində yeni təhsil proqramları
  • Avstraliya universitetlərinə transfer imkanları

Qeydiyyat linki

Dubayın Murdoch universiteti 2007-ci ildə təsis edilib və Dubay Dövlət Elm və Fərdi inkişaf idarəsinin lisenziyasını əldə edib. Universitet 200-ə yaxın bakalavr və post bakalavr proqramı təklif edir; 100-dən çox müxtəlif ölkələrdən gələn 2500-ə yaxın elmi heyət və 23 mindən çox tələbə heyətinə malikdir.

StudyNet Group şirkəti Murdoch universitetinin beynəlxalq əməkdaşlarından biri kimi, əcnəbi tələbələrin bu universitetə qəbul olması, tələbə vizasını əldə edib ölkəyə sayahət etməsi və orada yaşayış yerlərinin bron edilməsi üçün bütün lazımi köməkliyi göstərir.

Online

© 2018 SNG, All Rights Reserved.