Derby Universitetində "Açıq Qapı" Günü

Şənbə, 20 Yanvar 06:00

Derby Universitetində "Açıq Qapı" Günü

Əlaqə

Campus

Derby Universitetini ziyarət etmək üçün bundan maraqlı və optimal vaxt ola bilməz.

Derby Universiteti müxtəlif təhsil sahələri üzrə geniş spektrli bakalavr, magistr və doktorantura proqramları təklif edən dövlət universitetidir. 100-dən çox ölkədən tələbələrin olduğu müxtəlif və aktiv gənc icmasına malik Universitet, həm də qabaqcıl tədqiqatları və innovasiyaları ilə güclü nüfuza sahib təhsil müəssisədir.

Derby Universiteti 2023-cü ildə Böyük Britaniya və İrlandiyanın ən yaxşı ev sahibliyi və ətraf mühit idarəetməsi üzrə qalib olmuşdur. Bu tanınmış və etibarlı universitetdə təhsil almağı planlaşdırır və hələ də proqram seçimində tərəddüd edirsinizsə, sizi 20 yanvar 2024-cü il Universitetdə keçiriləcək növbəti bakalavr Açıq qapı günü tədbirində iştirak etməyə dəvət edirik.

Açıq qapı günündə kəşf edə biləcəyiniz çox şey var – Bələdçi rəhbərliyi ilə “Kedleston Road” kampusunu gəzəcək və bu müddət ərzində ən müasir İdman Mərkəzi və heyrətamiz kitabxana ilə tanış olacaq, maraqlandığınız kurs haqqında müəllim heyəti ilə info-sessiyalara qoşulacaqsınız.

Qeydiyyat üçün buradan keçid edə bilərsiniz.

Derby Universitetini ziyarət etmək üçün bundan maraqlı və optimal vaxt ola bilməz. Son illərdə ölkə universitetləri arasında ən yüksək tələbə nəticələrinə görə TOP 20%-ə düşən Universitet, həmçinin “TEF” (Tədris Mükəmməlliyi Çərçivəsi) tərəfindən Qızıl Reytinq adına layiq görülüb.

Daha ətraflı məlumat üçün StudyNet Group ilə əlaqə saxlamaqdan çəkinməyin. 13 ildən çox təcrübəyə sahib təhsil məsləhətçilərimiz hər zaman seçiminizdə sizə kömək və aşağıdakı addımlarda rəhbərlik etməkdə məmnundurlar.
• Universitetə müraciət və qəbul
• Ödənişsiz konsultasiya
• Rəsmi sənədlərin hazırlanması və təqdim edilməsi
• Viza dəstəyi
• Yaşayış yerinin tapılması
• Riyaziyyat, Fizika və Biznes kimi müxtəlif akademik sahələrdə təhsil
• Multidisiplinar kurs və proqramlarda iştirak

Campus

© 2018 SNG, All Rights Reserved.