Məmnuniyyətlə bildirmək istəyirik ki, ABŞ-dakı partnyor universitetlərimizdən biri olan David Game College 24 mart saat 18:00-da "Açıq qapı günü" təşkil edir. Bu tədbir Kollecin təklifləri haqqında ümumi məlumat əldə etmək, imkanları haqqında daha ətraflı öyrənmək və yüksək səviyyəli əməkdaşları ilə əlaqə qurmaq üçün yaxşı fürsətdir.
DG Kolleci kiçik siniflərdə yüksək keyfiyyətli tədris təqdim edərək tələbələrə Böyük Britaniyanın ən yaxşı universitetlərində irəliləməyə kömək edir. Londonun mərkəzində 19-cu əsrin qədimi tikilisində yerləşən, 2022-ci ilin sentyabr ayından etibarən yeni kampus imkanları olan GCSE, A-level və University Foundation Proqramlarını həyata keçirirlər.
Mövcud endirimlər və xüsusi təkliflər:
Kollec StudyNet Group tələbələri üçün xüsusi endirimlər və təkliflər verir. Tələbələrimizin təməl təhsil haqqı ödənişlərindən £3000-ə qədər endirim şansı var.
Bundan əlavə, Londonda kampusunda təklif olunan bütün proqramları Bath Academy kampusunda da mövcuddur.
David Game-in təqdim etdiyi proqramlar və təkliflərlə maraqlanırsınızsa, bu şansı əldən verməməyi və David Game College-i kəşf etməyi məsləhət görürük. Qeydiyyat üçün linkə buradan daxil olun.
StudyNet Group beynəlxalq tələbələrə qəbul prosesində, tələbə vizası alınmasında, yaşayış yerlərinin bron edilməsində və digər əlaqəli xidmətlərdə kömək etməkdən məmnundur. Suallarınızı e-mail ünvanımıza göndərə bilərsiniz.