Coventry Universiteti ilə yeni təhsil yolunuza başlayın

Şənbə, 15 Yanvar 12:00

Coventry Universiteti ilə yeni təhsil yolunuza başlayın

Əlaqə

London, UK / Onlayn

1843-cü ildə yaradılmış Coventry Universiteti 160 ölkədən 13.000-dən çox beynəlxalq tələbəyə ev sahibliyi edir. Daim innovasiyalara əsaslanan bu təhsil müəssisəsi daha güclü inkişaf üçün çalışır.

Böyük Britaniyanın aparıcı universitetlərindən biri olan Coventry Universiteti 15 yanvar şənbə günü Bakalavr pilləsində Açıq qapı günü təşkil edir.

1843-cü ildə yaradılmış Coventry Universiteti 160 ölkədən 13.000-dən çox beynəlxalq tələbəyə ev sahibliyi edir. Daim innovasiyalara əsaslanan bu təhsil müəssisəsi daha güclü inkişaf üçün çalışır.

Bu tədbirdə iştirak edərək tələbələr, əməkdaşlar, müəllim heyəti, məzunlar və eləcə də hazırkı tələbələrlə görüşəcək və Coventry Universitetində təhsil almaq təcrübəsi haqqında geniş fikir əldə edəcəklər. Universitet həmçinin kampus binalarını görmək, proqra seçimlərini və müxtəlif imkanlarını nümayiş etdirmək üçün qapılarını tələbələrə açır.

Bu müasir universitet həm də Times Higher Awards 2008-in qalibi olmuş və İlin Sahibkarlıq Universiteti seçilmişdir.

Qeyd edək ki, müxtəlif mövzularda yüksək səviyyəli təhsil və tədqiqatların aparılması universitetin prinsipinə çevrilib. Beynəlxalq platformada akademik iştirakla birlikdə məktəb bütün tələbələr üçün dəstəkləyici mühit təmin edir.

Qeydiyyat üçün buradan keçid edin.

StudyNet Group, Coventry Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinə sahibdir və bu təhsil müəssisəsini seçən tələbələrə ərizələrin hazırlanması və təqdim edilməsi, qəbul məktublarının alınması, tələbə vizalarının alınması və Böyük Britaniyada yaşayış yerlərinin bron edilməsində yerli və beynəlxalq tələbələrə tam dəstək göstərir.

London, UK / Onlayn

© 2018 SNG, All Rights Reserved.