Connecting Worlds - Virtual MA Sərgisi

Cümə, 20 Avqust 18:00

Connecting Worlds - Virtual MA Sərgisi

Əlaqə

Onlayn

Avropa Universiteti eyni zamanda yay semesterindən tədsrisinə yenidən başlanacaq 60-a yaxın magistr proqramlarının nümayiş olunacağı “Connecting Worlds” virtual MA sərgisini təşkil edir.

Avropa Universiteti (UE) xüsusi mülkiyyətdə olan dövlət tərəfindən akkreditə olunmuş tətbiqi elmlər universitetidir və biznes, idman, media, incəsənət və dizayn kimi bir sıra sahələri bir təhsil müəssisəsində toplayır.

Daim təhsil keyfiyyətinə xüsusi diqqət ayıran UE xüsusi hazırlanmış təhsil metodologiyası çərçivəsində universitet uyğun mütəxəssislər seçərək qərar qəbul etmə, sosial bacarıqlara yiyələnmə kimi bir sıra yeniliklər ilə təmin edir.

2017-ci ildən etibarən Avropa Tətbiqi Elmlər Universiteti (UE) yeni kampuslarını Iserlohn, Berlin, Hamburqda açmışdır. Qeyd olunmalıdır ki, təcrübəyə əsaslanan tədris metodları sayəsində universitet, tədris və tədqiqata İş Bazarı 4.0 tələblərinə uyğunlaşdırılmış yeni yanaşmalar təqdim edir.

Beynəlxalq səviyyədə tanınan bir universitet olaraq, UE həm yerli, həm də qlobal perspektivlərini inkişaf etdirərək tələbələrin beynəlxalq hərəkətliliyini aktiv şəkildə təşviq edir. Müxtəlif sahələrdə bir sıra proqramlar təqdim edən universitet, Berlin yaxınlığında fəaliyyət göstərən İnnovasiya Mərkəzində, yeni sənaye sahəsi hesab edilən, ən yeni lisenziya kursu Rəqamsal Biznes və Data Science-ı təqdim edir.

Avropa Universiteti eyni zamanda yay semesterindən tədsrisinə yenidən başlanacaq 60-a yaxın magistr proqramlarının nümayiş olunacağı “Connecting Worlds” virtual MA sərgisini təşkil edir. Tədbirin təşkilatçısı İncəsənət və Dizayn fakültəsidir və sərginin açılışı canlı olaraq Zoom platforması vasitəsilə həyata keçiriləcək.

“Connecting Worlds” tədbiri, tələbələr üçün UE-nin necə bir cəmiyyət qurduğunu görmələri üçün, eləcə də sosial, siyasi və şəxsi mövzuları bədii şəkildə ön plana çəkərək son dərəcə perspektivli bir gələcək hazırlamaq üçün imkanlarını hansı şəkildə genişləndirdiyini görmələri üçün çox yaxşı fürsətdir.

Sənət və dizaynla maraqlanan hər kəs tədbirdə iştirak üçün dəvətlidir!

Tarix: Cümə, 20 Avqust 2021, saat 18:00 CEST

Tədbirə keçid üçün link.

StudyNet Group şirkəti uzun illərdir ki, beynəlxalq universitetlər ilə uğurlu əməkdaşlıqlar edir və biznes təhsili üçün Almaniyaya üz tutan yerli və əcnəbi tələbələrə, qəbul prossesi boyunca, eləcə də vizanın əldə olunması, xaricdə yaşayış yerlərinin bron edilməsi xidmətləri daxil olmaqla tam dəstək göstərir.

Onlayn

© 2018 SNG, All Rights Reserved.