City universiteti, bu yay Clearing mərhələsində universitetin boş qalan yerlərinə sənəd qəbulu prossesini tələbələr üçün asanlaşdırmaq məqsədilə info sessiyalar keçirəcək. City universiteti, Londonun mərkəzində yerləşən və dünyanın 160-dan çox ölkəsindən təxminən 20.000-ə yaxın tələbə cəlb etməyi bacaran araşdırma universitetidir. Universitet elmi uğurlara böyük əhəmiyyət verir və biznes, hüquq və s. kimi sahələrdə təklif etdiyi ali dərəcə proqramlarının keyfiyyəti ilə tanınır.
Bu veb-seminarın əsas məqsədi London Şəhər Universitetində boş qalan yerlərə sənəd qəbulu prossesi haqqında tələbələri məlumatlandırmaqdır. Clearing mərhələsi tələbələr üçün nisbətən mürəkkəb prosses kimi göründüyündən universitet onlayn görüşdə qeydiyyat prosesi haqqında daha ətraflı məlumat verərək tələbələri maraqlandıran sualları cavablandıracaq.
Onlayn info sessiya 14 iyul - 6 Avqust 2021-ci il tarixləri aralığında, saat 15:00-da (Bakı vaxtilə) keçiriləcək.
City universiteti StudyNet Group şirkətinin əməkdaşlıq etdiyi beynəlxalq universitetlərdən biri olaraq İngiltərənin mərkəzində yerli və əcnəbi tələbələrə ali dərəcə üzrə təhsilin bütün pillələrində tədris proqramları təklif edir.
Qəbul şərtləri, ərizə-müraciət formalarının doldurulması, lazımi sənədlərin toplanılması, universitetdən qəbul məktubunun əldə olunması, tələbə vizası üçün müraciət ərizələrinin hazırlanması, xaricdə yaşayış yerlərinin bron edilməsi ilə bağlı hər hansı sualınız yaranarsa, şirkətimizin təcrübəli təhsil məsləhətçilərinin tövsiyyələrindən yararlana bilərsiniz.