Cenevrə Universiteti

Çərşənbə axşamı, 21 Aprel 15:00

Cenevrə Universiteti

Əlaqə

Online

Virtual Açıq qapı günü. StudyNet Group şirkəti sizi Cenevrə Beynəlxalq Universitetinin təşkil etdiyi Virtual Açıq Qapı gününə dəvət edir. Tədbirə qoşulmaqla siz seçdiyiniz proqram haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. 1999-cu ildə əsası qoyulan Cenevrə Beynəlxalq Universiteti hazırda İsveçrənin biznes məktəbləri arasında top 10-luqdadır. Universitet, bakalavr, magistratura və tədqiqat işləri üzrə müxtəlif sahələrdə çoxsaylı proqramlar təklif edir.

StudyNet Group şirkəti sizi Cenevrə Beynəlxalq Universitetinin təşkil etdiyi Virtual Açıq Qapı gününə dəvət edir. Tədbirə qoşulmaqla siz seçdiyiniz proqram haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
1999-cu ildə əsası qoyulan Cenevrə Beynəlxalq Universiteti hazırda İsveçrənin biznes məktəbləri arasında top 10-luqdadır. Universitet, bakalavr, magistratura və tədqiqat işləri üzrə müxtəlif sahələrdə çoxsaylı proqramlar təklif edir. Avropanın qəlbi sayılan və bir çox beynəlxalq təşkilatlara ev sahibliyi edən Cenevrə şəhərində yerləşməklə universitet, tələbələrə iş imkanları və geniş perspektivlər yaradır. Bundan başqa, maraqlı kampus həyatı və cəmiyyət, tələbələrin ali təhsil təcrübələrində mühüm rol oynayır, onlara dünyanın müxtəlif yerlərindən gələn tələbə tərkibinə malik kontingentin bir hissəsinə çevrilmək və öz sahələri üzrə çoxşaxəli bilik əldə etmək imkanı verir. Bundan başqa, universitet təkcə Avropanın deyil, dünyanın bir çox aparıcı universitetləri ilə - Boston Universiteti, Tulane universiteti, Pensilvaniyanın İndiana universiteti, Plymouth universiteti və bir çox başqa universitetlərlə təhsil əlaqələri yaradıb.

Bu virtual sessiyaya qoşularaq siz Skayp proqramı vasitəsilə universitetin sənəd qəbulu şöbəsi ilə birbaşa ünsiyyət quraraq suallarınıza cavab tapmaq imkanı əldə edirsiniz.
Sessiya Skayp vasitəsilə keçiriləcək.
Bakalavr proqramları üçün əlaqə: Olga Bulankina, [email protected], skype ID: o.bulankina
Magistr proqramları üçün: Nathalie Bost, [email protected], skype ID: [email protected]

Tarix: 21 Aprel 2020, saat 15:00 – 19:00 (Bakı vaxtilə)

Sessiya zamanı aşağıdakı mövzular əhatə olunacaq:
• Ərizə qəbulu prosedurları və ərizənin seçilməsi üçün onun hazırlanması qaydaları
• Beynəlxalq Mobil proqramlar, o cümlədən, Birləşmiş Krallığın Plymouth Dövlət univeristieti ilə birgə iki bakalavr dərəcəsi təqdim edən proqramlar haqqında ətraflı məlumat
• Cenevrədə yerləşmə və yaşam şəraiti
• Təhsil müddətində və məzun olduqdan sonra kariyera imkanları

StudyNet Group şirkətinin təklif etdiyi xidmətlər:
Cenevrə Beynəlxalq universitetinin ölkəmizdə yeganə partnyoru olaraq, StudyNet Group şirkəti artıq uzun illərdir ki universitetə ərizələrin hazırlanması və təqdim olunmasında yaxından köməklik etməklə tələbələrin ali təhsil almalarına yardımçı olur. Aşağıda qeyd olunan xidmətləri göstərməklə, şirkətimiz sizin üçün bütün prossesi asanlaşdırmaq imkanı yaradır. Təqdim etdiyimiz bu imkandan yararlanaraq tədbirə qoşula, eyni zamanda şirkətin göstərdiyi digər təhsil xidmətlərindən faydalana bilərsiniz:

  • Proqram seçimində köməklik
  • Ərizələrin təqdim olunması zamanı şərtlərin ödənilməsində yardım
  • Təqaüd ərizələrinin təqdim olunmasında köməklik
  • Xaricdə qalmaq üçün yerlərin təşkili
  • Viza dəstəyi

Online

© 2018 SNG, All Rights Reserved.