Cenevrə Beynəlxalq Universiteti

Çərşənbə axşamı, 05 May 15:00

Cenevrə Beynəlxalq Universiteti

Əlaqə

Online

Virtual tədbirlər və onlayn görüşlər tələbələrə və valideynlərə imkan verir ki, uzaq məsafələrə səfər etmədən və əlavə xərc çəkmədən seçdikləri xarici ölkə universitetlərinin rəsmi nümayəndələri ilə görüşüb, universitetin təklif etdiyi proqramlar və xarici ölkədə yaşayış şərtləri haqqında ətraflı məlumat alsınlar. Belə onlayn tədbirlərdən biri də növbəti həftə ərzində Cenevrə Beynəlxalq universiteti tərəfindən təşkil olunacaq. Universitetlər ərizələrin təqdim olunması üçün son tarixlərin yaxınlaşdığı dövrdə sizin üçün hələ də cavabsız qalan suallar ola bilər.

Virtual tədbirlər və onlayn görüşlər tələbələrə və valideynlərə imkan verir ki, uzaq məsafələrə səfər etmədən və əlavə xərc çəkmədən seçdikləri xarici ölkə universitetlərinin rəsmi nümayəndələri ilə görüşüb, universitetin təklif etdiyi proqramlar və xarici ölkədə yaşayış şərtləri haqqında ətraflı məlumat alsınlar. Belə onlayn tədbirlərdən biri də növbəti həftə ərzində Cenevrə Beynəlxalq universiteti tərəfindən təşkil olunacaq. Universitetlər ərizələrin təqdim olunması üçün son tarixlərin yaxınlaşdığı dövrdə sizin üçün hələ də cavabsız qalan suallar ola bilər:

  • Qəbul şərtləri hansılardır və ərizəni necə fərqli hazırlamaq olar?
  • Beynəlxalq Mobiliti proqramları, həmçinin Birləşmiş Krallığın Plymouth dövlət universiteti ilə birgə təqdim etdiyi İki Bakalavr dərəcəsi nə deməkdir?
  • Tələbələrin qalması üçün Cenevrədə hansı variantlar mövcuddur və həyat şəraiti necədir?
  • Təhsil müddətində və məzun olduqdan sonra tələbələr hansı kariyera imkanlarından yararlana bilər?

Bütün bu suallara cavab tapmaq və seçdiyiniz proqram haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, Virtual “Açıq qapı” tədbirinə qoşula bilərsiniz.

Tədbir 5 May 2020-ci il, saat 15:00-da (Bakı vaxtilə) başlayacaq və universitet nümayəndələri sizin bütün suallarınızı ətraflı şəkildə cavablandıracaq:

Bakalavr proqramları üzrə - Olga Bulankina - [email protected] skype ID: o.bulankina
Magistr proqramları üzrə - Nathalie Bost - [email protected] skype ID: [email protected]

Bu tarix IUG universiteti tərəfindən təyin edilib, lakin əgər həmin vaxt sizə uyğun gəlmirsə, onda nümayəndlərlə əlaqə yaradaraq, sizə uyğun olan zaman üçün onlayn görüş təyin edə bilərsiniz.

Cenevrə Beynəlxalq Universiteti əsas istiqamətini biznes təhsili üzərində quraraq, İsveçrə universitetləri arasında top onluqda yer almaqla yanaşı, akreditasiyadan keçmiş elmi müəssisədir. Universitet Beynəlxalq əlaqələr, Rəqəmsal media, Beynəlxalq menecment, Biznesin idarəolunması və digər bir çox istiqamətlər üzrə 3 illik bakalavr proqramları, 1 illik magistr proqramları, həmçinin doktorantura proqramları təklif edir. Dünyanın ən təhlükəsiz nöqtəsində yerləşən IUG universiteti əcnəbi tələbələr üçün olduğu kimi Azərbaycanlı tələbələr üçün də cəlbedici ali təhsil məkanıdır.

Cenevrə Beynəlxalq Universitetinin Azərbaycanda yeganə və ekskluziv partnyoru olan StudyNet Group şirkəti artıq 10 ildir ki, beynəlxalq tələbələrə qəbul prossesində yaxından yardımçı olaraq aşağıdakı xidmətləri təklif edir:

  • Uyğun proqramın seçilməsi
  • Ərizələrin hazırlanması və təqdim olunması
  • Tələbələr üçün xarici ölkədə yaşayış yerlərinin təşkili
  • Təqaüd proqramlarına müraciət
  • Viza dəstəyi

Online

© 2018 SNG, All Rights Reserved.