Cardiff Universitetinin Biznes məktəbi Marketinq fakultəsinin magistratura pilləsinə qəbul olmuş tələbələr üçün onlayn görüş keçirməyi planlaşdırır.
Hər il olduğu kimi, bu il də universitet, yeni qoşulan tələbələri kampusunda salamlamaqdan məmnunluq duyur və bildirir ki, bu il tədris prossesi əsasən “blended learning” formatında olmaqla həm onlayn, həm də kampus şəraitində baş tutacaq.
Zoom platforması üzərindən keçiriləcək sessiya zamanı universitetin gələcək tələbələri Cardiff universitetində təhsil haqqında ətraflı məlumat alacaqlar. Bundan başqa, məktəbin müəllimləri ilə ünsiyyət qurmaq, tədris prossesi və proqram haqqında suallarınızı birbaşa ekspertlərə ünvanlamaq mümkün olacaq.
Tədbirdə iştirak etmək üçün qeydiyyat linki aşağıda qeyd olunub.
https://cardiff.zoom.us/webinar/register/WN_lsJ_EaE-Sl2UcRs0UeMjww
Onlayn görüş 45 dəqiqə davam edəcək və siz suallarınızı birbaşa olaraq canlı şəkildə və ya çat vasitəsilə ünvanlaya, yaxud sadəcə dinləyici qismində iştirak edə bilərsiniz.
Tarix: 23 İyun 2021
Vaxt: 13.00 (Bakı vaxtilə)
Cardiff universtetinin ən böyük uğurları xarici akkreditasiyaları və layiq görüldüyü təltiflərdir.
Universitet Birləşmiş Krallıqda ali təhsilin keyfiyyətinə nəzarət edən QAA təşkilatının akkreditasiyasından keçib.
Bundan başqa, Investors in People, Athena SWAN, HR Excellence in Research Award, ISO 14001 standard, British Standard OHSAS 18001, Living Wage Employer akkreditasiya və standartlarıa tabe olan qurumdur.
2020-ci il statistikasına görə Universitetdə 9740 əcnəbi tələbə təhsil alır; Universitet məzunlarının 97%- i işlə təmin olub və ya təhsillərini növbəti pillələrdə davam etdirirlər.
StudyNet Group Cardiff universitetinin beynəlxalq əməkdaşlarından biri olaraq, bu universiteti seçən yerli və əcnəbi tələbələrə sənəd qəbulu və universitetə müraciət ərizələrinin hazırlanması, tələbə vizalarının əldə olunması, İngiltərədə tələbə yataqxanaları və fərdi yaşayış yerlərinin bron edilməsi və s. sahədə tam dəstək göstərməyə hər zaman hazırdır.