Cardiff Biznes Məktəbi - Biznesdə Doktorluq dərəcəsi

Çərşənbə, 20 Oktyabr 08:30

Cardiff Biznes Məktəbi - Biznesdə Doktorluq dərəcəsi

Əlaqə

Onlayn

ESRC-nin Uels Doktorluq Təlim Tərəfdaşlığının direktoru professor John Harrington ilə biznesinizin inkişafına töhfə verəcək əməkdaşlıqlar qurmağı öyrənəcəksiniz..

Doktorluq dərəcəsində sahib olduğunuz gücü Biznesdə də istifadə etmək istəyirsinizsə, amma necə edəcəyinizi bilmirsinizsə, professor John Harrington ilə səhər brifinqinə qoşulun!

Uelsdəki ESRC Doktorluq Tərəfdaşlığı, İngiltərədə buna bənzər 14 araşdırma şəbəkələrindən biri olaraq iş dünyasında mükəmməllik və rəqabət üstünlüyü əldə etmək üçün xüsusi ictimai sektordakı tərəfdaşlarla birlikdə sosial elm adamlarını inkişafına töhfə vermək üçün çalışır.

20 oktyabr 2021-ci il, çərşənbə günü iqtisadi şöbə müdiri Dr. Charlotte Beale və Uelsin Dəmiryolu Nəqliyyatı Layihələri müdiri Dr. Michael Evans tərəfindən öz təşkilatlarında sosial elm tədqiqatçıları ilə yenilik yaratmaq üçün necə sıx əməkdaşlıq etdikləri haqqında maraqlı müzakirələri dinləyə bilərsiniz.

Bunlardan əlavə, ESRC-nin Uels Doktorluq Təlim Tərəfdaşlığının direktoru professor John Harrington ilə biznesinizin inkişafına töhfə verəcək əməkdaşlıqlar qurmağı öyrənəcəksiniz və bu sahədə sizi maraqlandıran bütün sualları müzakirə edə biləcəksiniz.

Bu məlumatlandırıcı sessiyada siz də öz yerinizi almaq istəyirsinizsə, buradan qeydiyyatdan keçin.

Böyük Britaniyada və Uelsdə ən qədim və aparıcı tədqiqat universitetlərindən olan Cardiff Universiteti, 1883-cü ildə Uelsin paytaxtı Cardiff şəhərində qurulmuşdur. Bundan əlavə, universitet Six Queen’s Anniversary Prizes mükafatı ilə də təltif olumuşdur. 180-dən çox ölkədən olan 145.000 məzun şəbəkəsinə sahibdir.

StudyNet Group Cardiff universitetinin beynəlxalq əməkdaşlarından biri olaraq, bu universiteti seçən yerli və əcnəbi tələbələrə sənəd qəbulu və universitetə müraciət ərizələrinin hazırlanması, tələbə vizalarının əldə olunması, İngiltərədə tələbə yataqxanaları və fərdi yaşayış yerlərinin bron edilməsi və s. sahədə tam dəstək göstərməyə hər zaman hazırdır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.