Cambridge English Məlumat Sessiyası

Şənbə, 20 Aprel 14:00

Cambridge English Məlumat Sessiyası

Əlaqə

AF Business House, 5ci mərtəbə, Nizami küçəsi 203b, SNG Group, Baku AZ1010

20 Aprel tarixində baş tutacaq Cambridge English məlumat sessiyasına qeydiyyatdan keçin.

Cambridge English imtahanları ilə maraqlanan hər kəsi Cambridge English-in ən vacib dərəcələrindən hesab olunan C1 Advanced, C2 Proficiency və C1 Business Higher imtahanları haqqında məlumat sessiyasına dəvət edirik. Məlumat sessiyası 20 Aprel saat 14:00 tarixində mərkəzimizdə baş tutacaqdır.

CAE, CPE və BEC Higher imtahanı dünyanın çox sayda öndə gələn universitetləri, işə götürən təşkilatları, beynəlxalq biznes mərkəzləri tərəfindən rəsmi olaraq tanınan beynəlxalq dərəcəli imtahanlar sisteminə daxildir. Cambridge C1 Business Higher (BEC) dərəcəsinə sahib olmaq sizin yüksək ingilis dilli iş mühitində səmərəli olmağınızı sübut edir. C1 Advanced (CAE) və C2 Proficiency (CPE) dərəcəsi sizi yalnız karyera baxımından deyil, həmçinin gələcək təhsiliniz üçün geniş imkanlar yaradır.
Yuxarıda sadalanan imtahanlar haqqında məlumat sessiyası şirkətimizin müəllimi, eyni zamanda Cambridge English akkreditasiyalı imtahan rəhbəri, Nader Hijazi tərəfindən iştirakçılara çatdırılacaqdır. Məlumat sessiyasının məqsədi iştirakçıların Cambridge imtahanları, bu dərəcələrə sahib olmağın üstünlükləri və baş tutacaq imtahanlara qeydiyyat haqqında məlumatlandırılmasından ibarətdir. Bir saat davam edəcək seminar müddətində sizi maraqlandıran bütün suallara imtahan rəhbəri, Nader Hijazi tərəfindən cavab veriləcəkdir.

QEYD: Sessiya iştirakçılarına CAE, CPE və BEC Higher imtahanına qeydiyyat ödənişsiz olacaqdır.

Məlumat sessiyasında iştirak ödənişsiz və yerlər məhdud saydadır, buna görə də əvvəlcədən qeydiyyatdan keçməyiniz mütləqdir.

AF Business House, 5ci mərtəbə, Nizami küçəsi 203b, SNG Group, Baku AZ1010

© 2018 SNG, All Rights Reserved.