Bradford Universitetindən Vebinar “MBA Proqramları ilə karyera yüksəlişi”

Çərşənbə, 07 Fevral 16:00

Bradford Universitetindən Vebinar “MBA Proqramları ilə karyera yüksəlişi”

Əlaqə

Onlayn

MBA məzunlarının 80%-i üç ay ərzində işə qəbul olur.

MBA məzunlarının 80%-i üç ay ərzində işə qəbul olur.

Biznes İdarəçiliyi üzrə Magistr (MBA) təhsilinə başlamaq karyera yüksəlişi və şəxsi inkişaf yolunda transformativ addımdır. Bu sahədə özünüzü görürsünüzsə, Bradford Universitetinin MBA proqramları üzrə vebinarına qoşula bilərsiniz.

Tarix: 2 fevral, cümə, 2024-cü il
Zaman: 16:00-16:45
Məkan: onlayn

Qeydiyyatdan keçmək üçün klikləyin.

Üçqat akkreditasiya olunmuş “School of Management”-in məşhur “Financial Times” reytinqli proqramlarına daxildir:

  • Distant MBA təhsili
  • Menecment üzrə Magistr
  • EMBA (Dubay kampus)
  • Qlobal MBA

Distant MBA təhsili ilə fərqlənən universitet, “Financial Times Online MBA Rankings 2022” sıralamasında pulun dəyərinə (value for money) görə dünya miqyasında 1-ci, beynəlxalq tələbələr və beynəlxalq mobillik meyarları üzrə 4-cü yerdədir.

Bradford Universiteti tədqiqat üzrə güclü reputasiyaya malikdir və tədqiqatların maliyyələşdirilməsi sahəsində universitetlər arasında, Böyük Britaniyada 49-cu yerdədir.

Bradford Universitetində qəbul nisbəti 52% təşkil edir ki, bu xeyli yüksək bir göstəricidir. Bradford Universitetinə qəbul olmaq üçün namizədlər 4.0 (82-83%) şkalasında minimum 2.8 GPA sahib olmalıdırlar.

Böyük Britaniyanın on ən böyük şəhərindən biri olmasına baxmayaraq, Bradford yaşamaq və təhsil almaq üçün əla yerdir. Bradford Universiteti Böyük Britaniyanın ilk universitet əsaslı biznes məktəbini qurub, bununla da çox mükafatlı tədris proqramlarını təklif edir. Hər bir tələbə avtomatik olaraq Bradford Universitetinin Tələbələr Birliyinin (UBU) üzvüdür. Tələbələr öz bacarıqlarını idman, media fəaliyyəti və ya könüllülük vasitəsilə genişləndirə, yeni dostlarla tanış ola, eləcə də akademik və ya sosial məsləhət və dəstək ala bilərlər. Bradford Universiteti hər il tələbə təqaüdlər üçün 4 milyon funt sterlinqdən çox sərmayə qoyur, bu isə beynəlxalq tələbələrin xaricdə təhsil almaqları üçün əla imkandır.

Bu cür imkanlardan xəbərdar olmaq və xaricdə təhsil arzunuzu reallaşdırmaq istəyirsinizsə, bizimlə əlaqə keçməkdən çəkinməyin. StudyNet Group təcrübəli əməkdaşları ilə bütün suallarınızı cavablandırmağa hazırdır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.