Böyük Britaniyanın Ən Yaxşı Universitetlərindən Biri İlə Tanış Olun: City, University of London

Çərşənbə, 07 Fevral 17:00

Böyük Britaniyanın Ən Yaxşı Universitetlərindən Biri İlə Tanış Olun: City, University of London

Əlaqə

Northampton, Böyük Britaniya

“City, University of London”un, Böyük Britaniyanın ən yaxşı 50 universiteti arasında olduğunu bilirdinizmi?

“City, University of London”un, Böyük Britaniyanın ən yaxşı 50 universiteti arasında olduğunu bilirdinizmi?

Avropanın ən gözəl şəhərlərindən biri, Londonun ürəyində yerləşən universitetin təxminən 130 il əvvəl əsası qoyulub. 170-dən çox ölkədən 150 minə yaxın məzunu olan universitetdə hazırda 20 min tələbə təhsil alır. Londonun Lord Meri universitetin hazırki rektorudur, beləliklə təhsil müəssisəsi Böyük Britaniya ərazisində müstəsna rola malikdir.

Gündən-günə, ildən-ilə təxminən 100 min tələbənin həyatını dəyişən və qlobal rifaha töhfə verən “City, University of London”, magistr proqramlarına həsr olunmuş “Açıq Qapı” gününə bütün tələbələri gözləyir.

Tarix: Çərşənbə, 7 fevral 2024-cü il
Vaxt: 17:00 – 19:00 (GMT)
Məkan: Northampton, Böyük Britaniya.
Qeydiyyatdan keçmək üçün linkə keçid edin.

Universitetin növbəti “Açıq Qapı” gününə qatılmaqla yeni təhsil macəranızın qapılarını aça bilərsiniz. Bəs bununla nə əldə edəcəksiniz?

Əsl potensialınızı kəşf edəcəksiniz, beləliklə təcrübəli tələbələr və akademik heyət gələcək kariyeranız üçün əsaslı addımlar atmağınıza kömək edəcək. Bu unikal fürsətdən istifadə edərək bütün suallarınıza cavab tapacaqsınız.
Məlumatlandırıcı sessiyalar sizi lazımi informasiya ilə təmin edəcək. Bakalavr, magistr və Ph.D. proqramları ilə yaxından tanış olacaqsınız, eləcə də qəbul meyarları və “City, University of London”-nun tələbə həyatı ilə bağlı dəyərli məlumatlara əldə edəcəksiniz.

Kampusu yaxından tanıyacaqsınız. Northampton bölgəsini bələdçi rəhbərliyində gəzəcək, bu müddətdə Avropanın ən qədim və zəngin kitabxanalarının möhtəşəmliyinə şahid olacaqsınız.
Təhsil müəssisəsi 150-dən çox tədris olunan “MSc”, “MA”, “LLM” və digər dərəcələr təqdim edir. Magistr proqramı üçün müraciətlər aşağıdakı sahələr və onların təklif etdiyi ixtisaslar üzrə ola bilər.

  • İncəsənət və media
  • Biznes
  • Hesablama və kompüter elmləri
  • Mühəndislik
  • Sağlamlıq
  • Ədəbiyyat
  • Riyaziyyat
  • Siyasət və hüquq
  • Psixologiya

Bu tədbirdə iştirak edib güclü gələcəyinizin təməllərini indidən qurmaq fikrinizdəsinizsə, StudyNet Group sizə köməklik etməyə hazırdır. Səyahətiniz, həmçinin təhsil və karyera seçiminizdə ən doğru və optimal qərarları almağınızda 13 ildən çox təcrübəyə sahib əməkdaşlarımız sizə yol göstərməkdən məmmundur.

Northampton, Böyük Britaniya

© 2018 SNG, All Rights Reserved.