Biznes və Menecment. Kreativ səyahətə Regents Universiteti ilə

Çərşənbə axşamı, 30 İyun 17:30

Biznes və Menecment. Kreativ səyahətə Regents Universiteti ilə

Əlaqə

Online

Londonun Regents universiteti tam ödənişsiz şəkildə müxtəlif mövzular üzrə onlayn görüşlər təşkil etməkdə davam edir. Onlayn görüşlər universitetin elmi heyəti tərəfindən aparılır və görüş zamanı Regents universitetinin təklif etdiyi tədris proqramları, eləcə də, universitetin dərs şəraiti ilə bağlı praktiki məlumatlar paylaşılır.

Londonun Regents universiteti tam ödənişsiz şəkildə müxtəlif mövzular üzrə onlayn görüşlər təşkil etməkdə davam edir. Onlayn görüşlər universitetin elmi heyəti tərəfindən aparılır və görüş zamanı Regents universitetinin təklif etdiyi tədris proqramları, eləcə də, universitetin dərs şəraiti ilə bağlı praktiki məlumatlar paylaşılır.

Universitetin təşkil etdiyi növbəti vebinarda Beynəlxalq Bizness proqramı və Bizness üzrə Hazırlıq Proqramı fakultələrinin rəhbərləri, gələcək tələbələrə və universitetdən artıq qəbul almış tələbələrə Biznes və Menecment proqramları haqqında, həmçinin Hazırlıq proqramları, Keçid proqramını əhatə edən Qlobal menecment proqramı və Beynəlxalq biznes proqramı haqqında ətraflı məlumat verəcək.
Onlayn görüş zamanı universitetin Beynəlxalq bizness üzrə bakalavr fakultəsinin məzunu olmuş Shayan Mahmud da tədbirə qoşularaq, Regents universitetinin onun ilk şəxsi biznes ideyasının formaladşmasında nə kimi rola sahib olması haqqında danışacaq.

Tarix: 30 İyun saat 17:30 (Bakı vaxtilə)
Qeydiyyat linki

Elə həmin tarixdə universitet kreativ təhsil sahəsini seçən tələbələr üçün daha bir maraqlı vebinar təşkil edir: Kreativ səyahətə Regents ilə başla. Bu vebinar zamanı siz universitetin təklif etdiyi Moda və dizayn; Moda marketinqi; İnteryer dizayn; Səhnə və ekran üçün Film, Ekranlaşdırma və Rollu oyunlar proqramları haqqında universitetin fakultə rəhbərlərindən ətraflı məlumat əldə edəcək və tədris prossesi ilə bağlı bütün suallarınıza cavab tapa biləcəksiniz.

Tarix və saat: 30 İyun 19:00 (Bakı vaxtilə)
Qeydiyyat linki

Londonun Regents Universiteti StudyNet Group şirkətinin uzunmüddətli əməkdaşlarından biri olmaqla, yerli və əcnəbi tələbələrə Biznes və Menecment, İngilis dili üzrə proqramlar kimi ənənəvi tədris proqramları ilə yanaşı, Moda və Dizayn; Film, Media və Aktyorluq sənəti; İncəsənət və Humanitar elmlər; Psixoterapiya və Psixologiya kimi daha kreativ tədris proqramı da təklif edir.

StudyNet Group şirkəti tələbələrə xaricdə təhsil almaq xəyallarına çatmaq üçün qəbul prossesinin istənilən mərhələsində-proqram seçimi, ərizələrin doldurulması və sənədlərin tamamlanması, universitetə təqdim olunması, universitetdən qəbulun alınması, vizanın əldə olunması və xaricdə yaşayış yerlərinin təşkilində yaxından köməklik göstərməyə hazırdır.

Online

© 2018 SNG, All Rights Reserved.