Birləşmiş Krallıqda kollec təhsili

Çərşənbə, 01 İyul 12:00

Birləşmiş Krallıqda kollec təhsili

Əlaqə

Online

Birləşmiş Krallıqda kollec təhsili ilə maraqlanan şagirdlər və valideynlər üçün Bosworth kolleci bu günlərdə bir neçə onlayn görüş təşkil edir. 40 dəqiqə davam edəcək onlayn görüşlər zamanı siz kollecin təklif etdiyi proqramlar haqqında kollec nümayəndələri tərəfindən daha müfəssəl məlumat əldə edə biləcəksiniz.

Birləşmiş Krallığın qabaqcıl müstəqil kolleclərindən biri olan Bosworth kolleci, tələbələrin yüksək elmi göstəriciləri, universitetə qəbul nəticələri və qayğıkeş işçi kollektivi ilə yüksək nüfuz əldə edib və bununla fəxr edir.

Kollecin dünyanın müxtəlif yerlərindən gələn 300-dən artıq tələbə heyəti fərdi elmi potensiallarını artırmaq faəl şəkildə çalışırlar . Bosworth kolleci 13-19 yaş arası şagirdlərə elmi proqramlar - GCSE, A Level, Universitetə hazırlıq proqramı, BTEC Biznes proqramı, dil kursları və yay məktəbləri təklif edir. Kollec hər bir şagird üçün fərdi olaraq cədvəl tərtib edir. Orta həcmi səkkiz şagirddən ibarət olan siniflərdə şagirdlərə potensial imkanlarını artırmaq üçün fərdi şəkildə diqqət ayırılır.

Kollecdə təhsil haqqında maraqlanan şagirdlər və valideynlər üçün Bosworth kolleci bu günlərdə bir neçə onlayn görüş təşkil edir. 40 dəqiqə davam edəcək onlayn görüşlər zamanı siz kollecin təklif etdiyi proqramlar haqqında kollec nümayəndələri tərəfindən daha müfəssəl məlumat əldə edə biləcəksiniz.

Hər bir proqram sessiyası gün ərzində 3 müxtəlif saatda təqdim olunacaq. Ətraflı məlumat aşağıda verilib.

9 illik proqram (13 yaşlı şagirdlər):
1 İyul – saat 12:00, 14:00, 18:00

Kollec depoziti, imtina edilmə, Viza:
2 iyul - saat 12:00, 14:00, 18:00

Universitetə hazırlıq proqramı:
7 İyul - saat 12:00, 14:00, 18:00

Oxbridge & Medi Programı:
8 İyul - saat 12:00, 14:00, 18:00

Kollec rəhbəri ilə görüş (onunla tanış olub suallarınızı birbaşa ünvanlaya bilərsiniz):
9 İyul - saat 12:00, 14:00, 18:00

(Saatlar Bakı vaxtilə verilib)

Onlayn görüşlər Zoom platforması üzərindən aparılacaq.

https://us02web.zoom.us/j/7609810310

Giriş kodu: 760 981 0310

Online

© 2018 SNG, All Rights Reserved.