Arzuladığınız təhsil istiqaməti üçün müraciət etməyi və növbəti il Birləşmiş Krallıqda təhsilinizə başlamağı planlaşdırırsınız?
Hazırda universitet seçiminizi etmək və istədiyiniz proqrama müraciət etmək üçün mükəmməl vaxtdır!
Bütün dünyada yüksək reytinqli və təhsil keyfiyyətinə sahib universitetlər tərəfindən təşkil edilən açıq qapı günləri təhsil müəssisəsi və onların təklif etdiyi proqram seçimləri haqqında daha çox məlumat əldə etmək üçün ideal yoldur. "Açıq qapı" günləri həmçinin kampus haqqında daha ətraflı məlumat almaq, gələcək mühazirəçilərinizlə söhbət etmək, hazırkı tələbələri dinləmək və həttə tələbə yaşayış yerləri ilə tanış olmaq imkanı yaradır.
Müraciət etmək üçün universitet seçimi etməyə çalışarkən, hələ də əmin olmadığınız bəzi məqamlar ola bilər. Bu hallarda "Açıq qapı" günləri bütün suallarınıza cavab tapmaq üçün doğru ünvandır. Həm üzbəüz, həm də virtual açıq qapı günləri sizə təhsil müəssisəsi və onların təklifləri ilə tanış olmaq şansı verir.
Hal-hazırda York Universiteti 26 oktyabr 2022-ci il tarixində gələcək təhsillərini burada planlayan tələbələr üçün "Açıq qapı" günü təşkil edir.
1963-cü ildə əsası qoyulan York Universiteti yüksək tədris, zəngin və müxtəlif kampus həyatı və mədəni şəhərin birləşməsi sayəsində tələbələrə bir ömür boyu yadda qalacaq təcrübə qazandırır.
"QS World University Rankings 2023"-də 162-ci yerdə qərarlaşan York Universitetinin 9 fənni 2022-ci il üzrə "QS World University Rankings"-də dünyanın ən yaxşı 100 fənninə daxil olub. 24 aparıcı Böyük Britaniya universitetinin daxil olduğu nüfuzlu Russell Qrupunun üzvü kimi York Universiteti tədqiqat və tədris standartları meyarlarına əsasən ən yaxşı universitetlərdən biri kimi öz adını qoruyub saxlayır.
Qeydiyyat və ətraflı məlumat üçün keçid edin.
StudyNet Group şirkəti tələbələrə xaricdə təhsilin bütün aspektləri üzrə xidmətlər təqdim edərək, sizin proqram seçimi, rəsmi sənədlərin toplanması, qəbul ərizələrinin hazırlanması və təqdim olunması, xaricdə yaşayış yerlərinin təşkili və vizanın əldə olunması məsələlərinizi həll etməkdə yaxından köməklik göstərməyə hər zaman hazırdır.