Berlin Biznes və İnnovasiya Məktəbində onlayn tədbir

Çərşənbə axşamı, 13 İyul 16:00

Berlin Biznes və İnnovasiya Məktəbində onlayn tədbir

Əlaqə

Online

Berlin Biznes və İnnovasiya Məktəbi Hamburq kampusunda Yaradıcılıq Sənayesi Fakültəsi də daxil olmaqla bir çox yeni proqramlara start verir. BSBI - Almaniyanın ən müasir və yenilikçi universitetlərindəndir və Global University Systems tərəfindən idarə olunur. BSBI-də təhsil alan tələbələr öz biznes üzrə biliklərini artıra, vacib peşəkar yanaşmaları öyrənərək üstünlüklər qazana bilərlər.

Hamburq şəhərindəki proqramlar, İngiltərənin UCA universitetinin (University for the Creative Arts) əməkdaşlığı ilə həyata keçiriləcəkdir. UCA, Böyük Britaniyada ən öndə gələn universitetlərdəndir və dizayn sahəsində ixtisaslaşmışdır.

Onlayn tədbir 13 İyul 2021 tarixdə, saat 16.00-da (Bakı vaxtilə) keçiriləcək və tədbirin qonağı universitetin fakültə sədri Liz Fernandodur. Tədbirdə iştirakçılara fakültəyə daxil olan proqramlar haqqında daha ətraflı məlumat veriləcəkdir.

Qeydiyyat linki

Berlin School of Business and Innovation biznes, maliyyə və incəsənət sahələri üzrə Bakalavr, Magistratura və Doktorantura pillələri üzrə təhsil proqramları təklif edir. Universitetin yeni tədris ili üçün Hamburq kampusunun açılışını elan edib və hazırda həm Berlin, həm Hamburq kampuslarında yerli və əcnəbi tələbələr üçün tədris aparılır.

StudyNet Group BSBI-nin beynəlxalq tərəfdaşlarından biri olaraq Almaniyada biznes təhsili ilə maraqlanan tələbələrə, universitetə qəbul şərtləri, proqram seçimi, müraciət formasının hazrılanması, tələbə vizası üçün müraciət və Almaniyada yaşayış yerlərinin bron edilməsi ilə bağlı tam dəstək göstərməyə hazırdır.

Online

© 2018 SNG, All Rights Reserved.