Bakalavr dərəcəsi üzrə info-sessiya - Munich Business School

Çərşənbə, 11 Yanvar 17:00

Bakalavr dərəcəsi üzrə info-sessiya - Munich Business School

Əlaqə

Onlayn

Universitet proqram təkliflərini və üstünlüklərini təqdim etmək üçün info-sessiya təşkil edir.

Münhen Biznes Məktəbi Almaniyanın 3-cü ən böyük şəhərində 25 ildən çox müddətə biznes təhsili təklif edən dövlət tərəfindən akkreditə olunmuş özəl universitetdir. Universitet Beynəlxalq Biznes üzrə Bakalavr dərəcəsi proqramı və Magistr proqramları – Beynəlxalq Biznes, Magistr İnnovasiya və Sahibkarlıq, Beynəlxalq Marketinq və Brend İdarəetmə, İdman Biznesi və Kommunikasiyası təklif edir.

Bununla yanaşı, Universitet Ümumi İdarəetmə üzrə MBA dərəcəsi və DBA Doktorluq Proqramı da təklif edir.

Nəzərinizə çatdırmaq istərdik ki, Universitet proqram təkliflərini və üstünlüklərini təqdim etmək üçün info-sessiya təşkil edir. Siz onlayn tədbir zamanı Bakalavr dərəcəsi üzrə Beynəlxalq Biznes proqramı, eləcə də, bir sıra başqaproqram seçimləri, qəbul şərtləri haqqında geniş məlumat əldə edə, eyni zamanda, suallarınıza cavab tapa biləcəksiniz.

Tarix və Saat: 11 yanvar 2023-cü il, saat 17:00 - 18:00 CST
Onlayn baş tutacaq bu tədbirdə siz də iştirak etmək istəyirsinizsə, bu link vasitəsilə qeydiyyatdan keçməyi unutmayın.

StudyNet Group şirkəti uzun müddət ərzində Münhen Biznes Məktəbi ilə uğurlu əməkdaşlıq əlaqələri saxlayaraq beynəlxalq tələbələrə qəbul prosesində, vizaların alınmasında, Almaniyada yaşayış yerlərinin bron edilməsində və bir sıra digər proseslərdə köməklik göstərir.

Onlayn

© 2018 SNG, All Rights Reserved.