Avropa Tətbiqi Elmlər universiteti ilə 'xaricdə bir semestr'

Cümə axşamı, 15 İyul 13:00

Avropa Tətbiqi Elmlər universiteti ilə 'xaricdə bir semestr'

Əlaqə

Online

Avropa Tətbiqi Elmlər Universiteti (The University of Europe for Applied Sciences-UE) 15 İyul tarixində qısa müddətli təcrübə proqramları haqqında tələbələrə daha ətraflı məlumat vermək üçün onlayn tədbir təşkil edir.

Avropa Tətbiqi Elmlər Universiteti (The University of Europe for Applied Sciences-UE) 15 İyul tarixində qısa müddətli təcrübə proqramları haqqında tələbələrə daha ətraflı məlumat vermək üçün onlayn tədbir təşkil edir. Avropa Tətbiqi Elmlər Universiteti (UE) 2017-ci ildə təsis edilmişdir və universitet dövlət tərəfindən akkreditə olunmuş özəl ali təhsil müəssisəsi olmaqla yanaşı, hər il dünyanın 90-dan çox ölkəsindən gələn əcnəbi tələbələrə ev sahibliyi edir.

Universitetin təklif etdiyi ən məşhur tələbə proqramlarından biri xaricdə Bir Semestrlik Təhsil Proqramıdır. Bu proqram çərçivəsində bir semestr xaricdə təhsil almağı seçən tələbələr öz yaşadıqları ölkə və şəhərdən kənarda dünyanı kəşf etmək imkanı qazanırlar. Bununla isə yeni bir mədəniyyət haqqında daha çox məlumat əldə etməklə yanaşı, tələbələr təhsil alacaqları ölkənin ana dilini daha yaxşı öyrənmək və onu inkişaf etdirmək fürsəti qazanırlar.

Onlayn tədbir, 15 İyul, saat 13: 00-da (Bakı vaxtıilə) keçiriləcək. Bu veb-seminarda tələbələr universitet daxilində təklif olunan Bir Semestrlik Təhsil Proqramları haqqında daha geniş məlumat əldə edəcək və onları maraqlandıran sualları birbaşa olaraq universitetin heyətinə ünvanlaya biləcəklər.

Qeydiyyat linki

Avropa Tətbiqi Elmlər Universiteti (UE) StudyNet Group-un beynəlxalq tərəfdaşlarından biri olmaqla yanaşı, həmçinin GUS Qlobal Universitetlər Sisteminin üzvüdür və məzunlara təqdim olunan diplomlar beynəlxalq səviyyədə tanınır.

StudyNet Group şirkəti hər il yerli və əcnəbi tələbələrə proqram seçimində köməklik, ərizənin hazırlanması, tələbə vizası üçün müraciət, yaşayış yerlərinin bron edilməsi kimi xidmətlər göstərir.

Online

© 2018 SNG, All Rights Reserved.