Amsterdam Kimya İnnovasiyaları Günü

Cümə, 25 Mart 10:00

Amsterdam Kimya İnnovasiyaları Günü

Əlaqə

Online

Kimya sahəsində ən son illik yenilikləri, xəbərləri əldə etməklə bu tədbirdən faydalanın.

Hollandiyanın üçüncü ən böyük dövlət universiteti olan Amsterdam Universiteti martın 25-də Amsterdam Kimya İnnovasiyaları Gününü təşkil edir.

Magistr, fəlsəfə doktoru və hətta bakalavr pilləsində təhsil alan tələbələr kimya sahəsində ən son illik yenilikləri, xəbərləri əldə etməklə bu tədbirdən faydalanacaqlar.

Tədbirin proqramı və qeydiyyat linkini burada tapa bilərsiniz.

ACID tədbirinin açılış nitqi Prof. Dr. Van 't Hoff Molekulyar Elmlər İnstitutunun elmi direktoru Wybren Jan Buma və Top Sektor ChemistryNL-nin sədri Jaklin Vaessen tərəfindən təqdim olunacaq. Daha sonra tədbir plenar iclas ilə davam etdiriləcək.

İştirakçılar kimya sənayesində və ya R&D mühitində işləməkdə maraqlı olan geniş auditoriya ilə görüşmək imkanı əldə edəcəklər. Bundan əlavə, bizneslərini sürətləndirmək üçün akademik, sənaye və biznes tərəfdaşları, eləcə də tələbələr - onların gələcək təcrübəçiləri və işçiləri ilə görüşərək faydalanmaq şansı əldə edəcək.

Hollandiyanın ən təhlükəsiz şəhərlərindən biri olan paytaxt Amsterdamda yerləşən universitet 100 müxtəlif ölkədən 31.000-dən çox tələbə və 2500-dən çox beynəlxalq tələbəyə ev sahibliyi edir. Universitet tələbələrin bacarıqlarını inkişaf etdirə biləcəyi beynəlxalq səviyyədə tanınan akademik mühit təklif edir. QS World University-nin məlumatına əsasən, Amsterdam Universiteti dünyanın ən yaxşı 100 universiteti arasında yer alır (58-ci yer).

StudyNet Group beynəlxalq tələbələrə tam qəbul dəstəyi təklif edərək bir sıra qlobal təhsil müəssisələrinin beynəlxalq tərəfdaşlarından biridir.

Online

© 2018 SNG, All Rights Reserved.