14 İyun 17:00-da Amerikanın TOP universitetlərinin rəsmi nümayəndəsi ilə görüş günündə iştirak edə bilərsiniz.
Görüş zamanı universitetlər haqqında ətraflı məlumat əldə edəcəksiniz. Görüş günündə iştirak etməklə Universitetlərin qəbul tələbləri və mümkün endirimlər barədə rəsmi məlumatları əldə edə bilərsiniz.İştirak edəcək universitetlərdə Bakalavr və Magistr proqramlarına müraciət etmək mümkündür.
Görüş günündə aşağıdakı universitetlər iştirak edəcəkdir :
- James Madison University
- Oglethorpe University
- West Virginia University
- Western Washington University
- Lipscomb University
- University of Vermont
- Texas A&M University
- Baylor University
- Roosevelt University
- Long Island University
- City College of New York
- Widener University
Sıralanan universitetlərdə təhsil almaqla əldə edəcəyiniz təhsil perspektivli bir karyera üçün başlanğıc olacaqdır. Amerikada yerləşən universitetlər aparılan tədqiqatlar və praktiki məlumatlar sizə təhsilinizdə yeniliklərə nail olma şansı yaratmaqdadır. Seçdiyiniz ixtisasdan asılı olmayaraq təhsil aldığınız zaman ərzində və məzun olduqdan sonra işlə təmin olmaq imkanları vardır.
Bir çox iqtisadi, sosial və mədəni baxımdan Amerika dünyada liderdir. Birləşmiş Ştatlarda təhsil alan tələbələr elmi və texnoloji tədqiqatların və araşdırmaların son inkişaflarına şahidlik etmək imkanına malikdirlər. Kompüter texnologiyaları, proqram təminatı, elektronika və İnternet kimi sahələrdə dünyanın aparıcı texnologiya nəhəngləri Apple, HP, IBM, Microsoft və Google-da təlimlərə qatılmaq, təcrübə keçmək imkanına sahib ola bilərsiniz. Tibbi ixtiralardan ən son ixtiralara, idmanın nailiyyətlərindən sənayedə innovasiyalara qədər hər şeyi müşahidə edən tələbələr üçün Amerika Birləşmiş Ştatlarında təhsil almaq həm akademik, həm də biznes karyerası üçün vacib sayılır.