Almaniyada təhsil BSBI ilə

Çərşənbə, 03 İyun 16:00

Almaniyada təhsil BSBI ilə

Əlaqə

Online

Almaniya güclü iqtisadiyyat, keyfiyyətli təhsil və sərfəli yaşayış imkanları sayəsində xaricdə təhsil almaq üçün tələbələrin ən çox seçdiyi ölkələrdən biridir. Kiçik sərmayədarların axın etdiyi paytaxt Berlində biznes sahəsində təhsil almaq sizə də maraqlıdır?

Əziz tələbələr,
Hər kəsə məlumdur ki, Almaniya güclü iqtisadiyyat, keyfiyyətli təhsil və sərfəli yaşayış imkanları sayəsində xaricdə təhsil almaq üçün tələbələrin ən çox seçdiyi ölkələrdən biridir. Kiçik sərmayədarların axın etdiyi paytaxt Berlində biznes sahəsində təhsil almaq sizə də maraqlıdır?
StudyNet Group və Berlin biznes və innovasiyalar məktəbi (BSBI) sizin suallarınızı cavablandırmaq üçün birgə onlayn görüş - vebinar təşkil edir.
Vebinar 3 İyun, saat 16:00-da Zoom platformasında baş tutacaq. Linkə keçid edərək görüşə qoşula bilərsiniz:
https://us02web.zoom.us/j/88002446607?pwd=c3FmOTRBRnhhRmx3WHBVYTBuK3Zkdz09&status=success

ID: 880 0244 6607
Şifrə: BSBI

Vebinarda, universitetdə tədris olunan proqram və ixtisaslar, qəbul şərtləri, ödənişsiz alman dili kursları, universitet həyatı və iş imkanları barədə ümumi məlumat əldə edəcəksiniz. Sual-cavab bölməsində aşağıdakı mövzular ətraflı şəkildə müzakirə olunacaq:

  • Niyə Almaniya və Berlin?
  • Karantin rejimi dövründə universitetin təklif etdiyi imkanlar (onlayn dərslər, onlayn ingilis dili testi).
  • Təhsil və yaşam xərcləri nə qədərdir?
  • Hansı təqaüd imkanları (50%-ə qədər) var?
  • Viza məsələləri (dondurulmuş hesab, sənədlərin baxılma müddəti və s.)
  • Karyera və yarım-ştat iş imkanları?

Berlinin tam mərkəzində yerləşən BSBI-ın əsas məqsəd və amalı məzunlarının gələcəyin uğurlu liderləri olmasıdır. Universitet biznes, iqtisadiyyat və idarəetmə kimi sahələrdə həm bakalavr, həm də magistr səviyyəsində təhsil proqramları təklif edir. Siz bu proqramlardan hər hansı birini seçərək biznes, maliyyə, iqtisadiyyat, dənizçilik, beynəlxalq turizm, sağlamlıq kimi müxtəlif sahələrin idarə olunmasında ixtisaslaşa bilərsiniz. Universitetin təhsil və tədris imkanları beynəlxalq tələblərə tam uyğundur. Təhsil müddətində mütəmadi təşkil olunan sərgilərdə iştirak etmək, yerli biznes sahibləri və peşəkar mühazirəçilərlə görüş və debatlara qoşulma şansından yararlana bilərsiniz.

StudyNet Group olaraq sizə aşağıdakı xidmətlərimizi təklif edirik:

  • Proqram seçimində köməklik
  • Ərizənin hazırlanması
  • Viza prosesinin aparılması
  • Yaşayış yerinin tapılması

Online

© 2018 SNG, All Rights Reserved.