Açıq qapı günündə iştirak edin və Edinburq Universitetində arzuladığınız təhsili əldə edin!

Bazar ertəsi, 25 Aprel 17:00

Açıq qapı günündə iştirak edin və Edinburq Universitetində arzuladığınız təhsili əldə edin!

Əlaqə

Online

Onlayn tanışlıq müddəti ərzində Şotlandiyada təhsilin təklif etdiyi üstünlüklər və Edinburq şəhəri haqqında, şotland ali təhsil dərəcələri və Edinburq Universiteti barəsində ilkin məlumat ala bilə, eləcə də suallarınızı ünvanlaya bilərsiniz.

Böyük Britaniyanın aparıcı təhsil sistemlərindən birinə sahib olan, hər il yüzlərlə əcnəbi tələbə qəbulunu həyata keçirən Edinburq Universiteti bakalavr təhsili almaq istəyən gənclər üçün onlayn tanışlıq təklif edir.

Bu onlayn görüşdə dünyanın istənilən ölkəsindən həm Edinburq Universitetindəki təhsil və tələbə həyatı ilə maraqlanan gənclər, həm də valideynlər iştirak edə bilərlər.

Onlayn tanışlıq müddəti ərzində Şotlandiyada təhsilin təklif etdiyi üstünlüklər və Edinburq şəhəri haqqında, şotland ali təhsil dərəcələri və Edinburq Universiteti barəsində ilkin məlumat ala bilə, eləcə də suallarınızı ünvanlaya bilərsiniz.

Onlayn tanışlıq üçün nəzərdə tutulmuş görüş 25 aprel, Böyük Britaniya vaxtı ilə 17:00-18:00-da baş tutacaqdır.

Bir məqamı diqqətinizə çatdırmaq istərdik ki, onlayn görüşdə universitetin akademik heyəti iştirak etməyəcəyi üçün tədris edilən fənlərlə bağlı spesifik suallarınız ətraflı cavablandırılmaya bilər.

1583-cü ildə əsası qoyulmuş Edinburq Universiteti əsrlərdir təkmilləşən təhsil sistemi ilə dünyanın ən prestijli universitetlərindən biri hesab olunur. Universitetdə 150-dən çox ölkədən 14600-a yaxın beynəlxalq tələbə təhsil alır. Edinburq Universiteti tərdis və tədqiqat sahəsindəki parlaq reputasiyasına görə tanınır və universitetin professional akademik heyəti milli və beynəlxalq səviyyədəki elmi yenilikləri tələbələrlə bölüşməkdən qürur duyur.

Qeydiyyat üçün buradan keçid edin.

StudyNet Group dünyanın bir sıra yüksək səviyyəli təhsil müəssisələri ilə əməkdaşlıq edir. Bunlar: Beynəlxalq Cenevrə Universiteti, IUBH, GISMA, King's College London, Queen Mary University, Coventry University, UCL və bir çox başqaları. Yeni tədris ilinə nüfuzlu universitetlərdən birində başlamaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Bütün proseslərdə sizə kömək etməkdən şad olarıq.

Online

© 2018 SNG, All Rights Reserved.