Yeni tərəfdaş - Staffordshire Universiteti

11 May 2021

Yeni tərəfdaş - Staffordshire Universiteti

Əlaqə

StudyNet Group şirkəti yeni uğurlu addımlar atmağa davam edir!
Belə ki, daim yüksək təhsil sisteminə sahib, reytinqli təhsil müəssisələri ilə əməkdaşlıqlara imza atan şirkət bu dəfə Böyük Britaniyanın öndə gedən Staffordshire universiteti ilə qarşılıqlı əməkdaşlığa başlamışdır. Əsası 1914-cü ildə qoyulmuş, zəngin akademik təhsil metodu ilə geniş tələbə kütləsinə sahib Staffordshire universiteti hər zaman yenilikçi olmağı ilə yanaşı öz tələbələrinə dinamik fürsətlər təklif etməkdən də geri qalmır.

Təcrübəyə əsaslanan təhsil sistemi ilə tanınan bu universitet 2019-cu ildə TEF 2019 (Teaching Excellence Framework) mükafatını qazanaraq özünü sübut etmiş və beləliklə bugün dünyanın müxtəlif yerlərindən 20 min-dən çox əcnəbi tələbəyə ev sahibliyi etməkdədir.

Universitet tələbələrə müxtəlif ixtisas sahələrində - Maliyyə və mühasibatlıq, hüquq, incəsənət, tibb, mühəndislik, təhsil kimi bir çox sahələrdə bakalavr, magistratura, eləcə də qısa müddətli kurslar təklif edir. Staffordshire universitetinin şəhər kampusu Birləşmiş Krallığın Stoke-on-Trent şəhərində yerləşir. Qədimiliyi ilə seçilən Stafford şəhərində yerləşən kampusunda isə səhiyyə sahəsində müxtəlif tədris proqramları təklif olunur.

Universitetdən yüksək nəticələr ilə məzun olan tələbələrin işlə təmin olunmaq imkanları yüksəkdir, belə ki, Staffordshire universiteti Birləşmiş Krallıqda bu sahədə qabaqcıl yerlərdədir.

StudyNet Group xaricdə təhsil şirkəti olaraq, hər bir gəncə seçdiyi ixtisas üzrə sevdikləri ölkədə təhsil almağa yaxından yardımçı olur. Şirkətin yüksək təcrübəyə sahib təhsil məsləhətçiləri seçim və qəbul prosesində, həmçinin tələbə vizasının əldə olunmasında, yaşayış yerlərinin bron ediməsi prosesində yaxından köməkli göstərəcək.

© 2020 SNG, All Rights Reserved.