Yeni tərəfdaş - Calverton məktəbi

11 May 2021

Yeni tərəfdaş - Calverton məktəbi

Əlaqə

StudyNet Group şirkətinin yeni əməkdaşlıq etməyə başladığı Amerika məktəblərindən biri də Calverton məktəbidir. Qədim keçmişə sahib bu məktəbin əsası 1967-ci ildə qoyulmuşdur. İlk fəaliyətə başladığı zamanlarda dörd sinif otağına, 85 şagirdə sahib bu məktəb illər keçdikcə inkişaf etmiş, təkmilləşmiş, öz adını doğrultmağı bacarmışdır. Zamanla öz adını Dünyaya tanıtmağa nail olan Calverton məktəbi artıq müxtəlif ölkələrdən, etnik qruplardan olan əcnəbi məktəblilərə də yüksək təhsil verməkdən qürur hiss duyur.

Şagirdələrini daim düşünən məktəb yalnız keyfiyyətli təhsil verməklə qalmır, həmçinin dərsdən kənar məşğuliyyətlər, məsələn, ənənəvi məktəb həftəsi, payız festivalı, sinif səyahətləri, keçmiş məzunlarla görüş, intelektual araşdırma qabilliyətini inkişaf etdirən xüsusi proqramlar da təşkil edir.

Məktəb, şagirdlərə üç istiqamət üzrə proqramlar təklif edir: Məktəbəqədər - ibtidai təhsil səviyəsi (5-ci sinif), orta məktəb təshili (6-8-ci siniflər), yuxarı sinif təhsili (9-12-ci siniflər).

Xüsusi hazırlanmış Beynəlxalq bakalavryat (International Baccalaureate) proqramı, sonuncu ilində təhsil alan şagirdlərin universitetlərə qəbul prosesini yüngülləşdirir və Amerika universitetlərinə qəbul olma imkanı yaradır.

Şagirdləri qlobal cəmiyyətdə məsuliyyətli fərd olaraq yetişdirməyi qarşısına məqsəd olaraq qoyan Calverton məktəbi həmçinin onlara yüksək təqaüd imkanları da yaradır.

© 2020 SNG, All Rights Reserved.