Yeni Təqaüd Proqramı

12 May 2020

Yeni Təqaüd Proqramı

Əlaqə

Western Washington universiteti

Hazırlıq proqramına müraciət edən tələbələr universitetin təklif etdiyi, təhsil haqqına endirim və təqaüdlərdən yararlana bilər.

Təhsil haqqı üzrə endirim
Endirimin məbləği:

  • üç rüblük (iki semestr) proqramlarda - $7,890,
  • iki rüblük proqramlarda - $5,260
  • bir rüblük proqramlarda - $2,630 təşkil edir.

Təkrarlanan təqaüd
Hazırlıq proqramını uğurla bitirən bütün tələbələr müvafiq tədris illəri üzrə 5,000 dollar məbləğində yenilənən təqaüd əldə edir.

Birbaşa bakalavr proqramlarına müraciət edən və 3.0 GPA göstəriciləri olan tələbələr dövrü təqaüdlərdən aşağıdakı qaydada yararlana bilər:
• GPA göstəriciləri 3.0 olan tələbələr - $2,000
• GPA göstəriciləri 3.25 olan tələbələr - $4,000
• GPA göstəriciləri 3.5 olan tələbələr - $6,000 məbləğində təqaüd paketi ilə mükafatlandırılırlar.

Hazırki göstəricilərinə əsasən təqaüd əldə etmiş və növbəti dövr ərzində daha yüksək nəticələr göstərən tələbələr növbəti ildə avtomatik olaraq yuxarı səviyyənin təqaüdü ilə mükafatlandırılır. Təkrarlanan təqaüd, yalnız tələbə həmin tədris ilində 3.0 GPA göstəricilərini doğrultmadığı təqdirdə dayandırıla bilər.

StudyNet Group şirkətinin təklif etdiyi xidmətlər
Şirkətimiz universitetlərə qəbul və ərizələrin hazırlanması sahəsində sizə köməklik göstərməkdən məmnunluq duyur. StudyNet Group şirkətinin Western Washington Universiteti ilə olan sıx əməkdaşlığı tələbələrə aşağıdakı xidmətləri tam ödənişsiz şəkildə təqdim etməyə imkan verir:
• Viza və yerləşmə
• Universitetə qəbul
• Təhsil proqramları üzrə konsultasiya
• Rəsmi sənədlərin hazırlanması və təqdim olunması
• Riyaziyyat, Fizika və Biznes kimi akademik sahələrdə tədris və təlimlər

© 2020 SNG, All Rights Reserved.