Yeni tələbələr üçün təqaüd proqramı

17 Aprel 2021

Yeni tələbələr üçün təqaüd proqramı

Əlaqə

Birləşmiş Krallıqda yerləşən Westminster universiteti birinci kurs tələbələri üçün təhsil haqqına endirim təklif edir. Təqaüdün məbləği 2 000 funtsterlinq təşkil edir və yalnız bakalavr və ya magistratura proqramına yeni daxil olmuş tələbələrin birinci il təhsil haqqına endirim şəklində tətbiq olunur.

Proqrama müraciət etmək üçün tələbənin Westminster universitetindən qəbulunun olması əsas şərtdir. Digər şərt ondan ibarətdir ki, təqaüd yalnız xaricdə təhsil üzrə məsləhətçi şirkət tərəfindən irəli sürülən namizədlərə təqdim olunacaq.
Ərizəçilərin təqaüd üçün qiymətləndirilməsi aparılarkən, tələbələrin elmi göstəriciləri və ərizə sənədində qeyd olunan suallara verdiyi cavablar əsas götürüləcək.

Təqaüd proqramına müraciət etmək üçün son tarix - 2 İyul, 2021.

Əziz tələbələr!
Əgər siz də Westminster universitetinə müraciət edib qəbul almısınızsa, bu təqaüd proqramından yararlanmaq üçün şirkətimizin təhsil üzrə məsləhətçilərinə müraciət edə bilərsiniz. Yuxarıda da qeyd olunduğu kimi, təqaüdə müraciət yalnız xaricdə təhsil şirkəti vasitəsilə mümkündür. (Westminster universitetinin Qafqaz üzrə rəsmi tərəfdaşı StudyNet Group şirkətidir.)

Əgər siz hələ də, universitetə müraciət etməmisinizsə, və ya universitetdən qəbul ala bilməmisinizsə, şirkətimizin təklif etdiyi xidmətlərdən yararlanaraq, ərizənin təqdim olunması ilə bağlı professional məsləhətlər ala bilər, həmçinin Clearing mərhələsində universitetlərin boş qalan yerlərinə elan olunacaq ərizə qəbulu prossesində iştirak edə bilərsiniz.
Westminster universiteti Birləşmiş Krallığın top universitetlərindən olmaqla, 2021-ci ilin reytinq cədvəlində 6-cı (Times Higher World Universities) və 8-ci (QS World University Rankings) yerlərdə qərarlaşıb.

StudyNet Group şirkəti uzun müddətdir ki, universitetin rəsmi tərəfdaşı statusunu daşımaqdadır. Bu statusa əsaslanaraq, şirkət universiteti seçən yerli və əcnəbi tələbələrə ərizə formalarının hazırlanması və universitetə təqdim olunması, universitetdən qəbul məktubunun əldə olunması, tələbə vizasına müraciət və Krallıqda yaşayış yerlərinin bron edilməsi zamanı tam dəstək göstərir.

Bu ailənin bir hissəsi olaraq gələcəyinizi bizimlə qurmaq istəyirsinizsə, təcrübəli təhsil məsləhətçilərimizin tövsiyyələrindən yararlana bilərsiniz:

Oruc Quliyev
Email: [email protected]
Tel.: +994552138323

Rauf Əliyev
Email: [email protected]
Tel.: +994552511040

© 2020 SNG, All Rights Reserved.