Yay tətilinizi indidən planlaşdırın...

23 Dekabr 2020

Yay tətilinizi indidən planlaşdırın...

Əlaqə

Əziz yuxarı sinif şagirdləri!
Artıq tədris ilinin yarısı geridə qalıb, bu isə o deməkdir ki, məktəblilər yay tətillərini indidən planlaşdıra bilərlər. Keçən il yay tətili proqramları üçün o qədər də uğurlu il olmadı. Lakin təhsil müəssisələri 2021-ci il üçün daha optimistik planlar qurur və təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məktəblilərin yay tətilini səmərəli şəkildə təşkil etmək üçün proqramlar tərtib edirlər. Boston Universiteti qabaqcıl təhsil müəssisəsi olaraq, bu mövzuda da irəli çıxdı və universitet yuxarı sinif şagirdlərinin elmi və şəxsi inkişafına təkan verəcək yay proqramlarını artıq şagirdlərin seçiminə təqdim edir:

High School Honors proqramı altı həftəlik proqramdır və 2021-ci ilin payızında 10,11,12-ci siniflərə keçəcək olan yuxarı sinif şagirdləri üçün tərtib olunub. Bu proqramda iştirak edən şagirdlərə Boston Universitetinin ali təhsil kursları tədris olunacaq və sonda şagirdlərə 8 təhsil krediti təqdim olunacaq.

RISE Internship/Practicum altı həftəlik proqram olub 2021-ci ilin payızında 11-12-ci siniflərə keçəcək olan yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Proqram iştirakçıları universitetin laboratoriyasında fakultə rəhbərinin nəzarəti altında elmi araşdırmalar aparmaq imkanı qazanacaqlar. Bu proqramın yekununda təhsil krediti təqdim olunmur.

Academic Immersion üç həftəlik, təhsil krediti nəzərdə tutulmayan proqram olub, müəyyən mövzular üzərində qurulacaq: Eksperimental psixologiya; Tibbin əsasları; Qlobal elmlər - təhlükəsizlik, dövlətçilik və təftiş sahəsi; Kreativ yazı. Bu proqram çərçivəsində 2021-c ilin payızında orta məktəbin son siniflərinə gedəcək olan şagirdlər üçün sinif məşğələləri nəzərdə tutulub.

Summer Challenge proqramınnda, iki həftəni əhatə edən məşğələ və sseminarların mövzuları iştirakçılar tərəfindən seçiləcək. Proqramda iştirak etməklə şagirdlər həm də universitet həyatı təcrübəsini yaşayacaqlar. Bu proqram 2021-ci ilin payızında yuxarı siniflərə daxil olacaq şagirdlər üçün nəzərdə tutulub və yekunda təhsil krediti təqdim olunmur.

Summer preview bir həftəlik proqram olub əsasən müəyyən maraqlı mövzu üzərində qurulur. Proqram 2021-ci ilin payızında səkizinci sinifə həmçinin daha yuxarı siniflərə daxil olacaq şagirdlər üçün nəzərdə tutulur. Yekunda təhsil krediti təqdim olunmayacaq.

Boston Universiteti Amerika Birləşmiş Ştatlarının yüksək reytinqli təhsil müəssisələrindən olub,130 ölkədən olan 34 mindən çox tələbə heyətinə malikdir. Tələbələr üçün, universitetin üç kampusunda 10 minə yaxın fakultə heyəti tərəfindən 300-dən çox tədris proqramı təklif olunur.

StudyNet Group xaricdə təhsil şirkəti olaraq, təkcə ali təhsil üçün xaricə üz tutan tələbələrə deyil, həm də yuxarı sinifləri xaricdə oxuyub beynəlxalq səviyyəli orta təhsil əldə etmək istəyən şagirdlər üçün də tam dəstək göstərir. Bundan başqa, şirkət hər il yay tətilində yuxarı sinif şagirdlərinin qrup şəklində Avropa və Amerika Birləşmiş Ştatlarında təşkil olunan yay məktəblərində iştirakını təmin edir. Qrup turları zamanı şirkətimizin təcrübəli bələdçiləri səfərin tam təhlükəsiz keçməsinə zəmanət verir.

© 2020 SNG, All Rights Reserved.