Yaradıcı gənclər üçün Almaniyada təqaüdlü təhsil

22 İyul 2021

Yaradıcı gənclər üçün Almaniyada təqaüdlü təhsil

Əlaqə

Berlin Biznes və İnnovasiya Məktəbi təhsillərinə Almaniyada başlamaq istəyən tələbələrə yeni təqaüd imkanı təqdim edir.

Xüsusən sahibkarlıq, liderlik və keyfiyyətli təhsilə əsaslanan bu universitet tələbələrinə gələcək karyeralarında peşəkar fəaliyyət üçün lazımi bilik və bacarıqların öyrədilməsini hədəfləyir. Öz tələbələrini daim diqqət mərkəzində saxlayaraq universitet yalnız təhsilin yüksək keyfiyyətini təmin etmir, həm də gənclərin əminliklə etibar edə biləcəkləri rəhbər ilə də təmin edir.
Dərslər professor və mühazirəçilər tərəfindən praktiki seminarların dəstəyi ilə həyata keçirilir. Bundan əlavə, Karyera Xidməti şöbəsi tələbələrə və məzunlara təlim dövründə, eləcə də, gələcək dövr üçün uyğun iş imkanları tapmağa köməklik edir.

Əvvəldə də qeyd olunduğu kimi, Berlin Biznes və İnnovasiya Məktəbi tələbələrə öz yaradıcı portfoliolarını hazırlayaraq, təqaüd qazanmaq imkanı yaradır. Belə ki, müsabiqənin nəticəsi olaraq:

  • üçüncü yerin qalibi 20 tələbə seçiləcək və "üçüncü ən yaxşı portfolio" adı qazanaraq 30% endirim əldə edəcək;
  • 10 tələbə “ikinci ən yaxşı portfolio” üçün seçiləcək və 50 faiz təhsil haqqından azad olunacaq;
  • nəhayət, birinci yerin qalibi olacaq 1 tələbə 100 faiz təhsil haqqından azad olunacaq və “ən yaxşı portfolio” adını qazanacaq.

Müsabiqədə iştirak etmək üçün tələbələr onlayn ərizə formasını doldurmalı və yaradıcılıq portfoliolarını 13 avqust 2021-ci il tarixinədək təqdim etməlidirlər. Müsabiqənin qalibləri 20 avqust 2021-ci il tarixində elan ediləcək.

Daha ətraflı məlumat üçün bizə zəng edə və ya ofisimizə yaxınlaşa bilərsiniz.
Şirkətimizin yüksək təcrübəyə sahib təhsil məsləhətçiləri sizə ən yaxşı karyera seçimində və arzuladığınız təhsili əldə etməyinizdə yaxından kömək edəcəkdirlər.

© 2020 SNG, All Rights Reserved.