Westminster Universiteti - StudyNet Fall Fair 2022

02 Noyabr 2022

Westminster Universiteti - StudyNet Fall Fair 2022

Əlaqə

Gələck təhsillərini ölkə xaricində davam etdirməyi planlayan gənclərin nəzərinə!

24 noyabr StudyNet Group-un təşkilatçılığı ilə Xaricdə Təhsil Sərgisi - "StudyNet Fall Fair 2022" baş tutacaqdır. Burada tələbələr, eləcə də valideynlər də iştirak edərək övladları üçün beynəlxalq məktəb və ya universitet seçimində köməklik və ətraflı məlumat ala bilərlər.

Nəzərinizə çatdıraq ki, sosial media və veb saytlarımızı izləyərək sərgidə iştirak edəcək təhsil müəssisələri haqqında ətraflı məlumata sahib ola bilərsiniz.

Qeyd olunan universitetlərdən biri Westminster Universitetidir. Westminster Universiteti 1838-ci ildə İngiltərənin ilk politexnik təhsil qurumu olub tədris və araşdırma sahəsində qabaqcıl universitetlərdən biri kimi tanınır. İngiltərənin mərkəzi Londonda yerləşən bu Universitetdə 150 fərqli ölkədən 22.000-ə yaxın tələbə təhsil almaqdadır.

Westminster Universiteti "Times Higher Education Young University Rankings 2022"-də Beynəlxalq Perspektivinə görə Böyük Britaniyada 8-ci yeri tutmuş və qlobal miqyasda təhsil qurumları arasında Beynəlxalq Perspektivə görə 52-ci yerdə qərarlaşmışdır. Bununla yanaşı Universitetin Media Araşdırma İnstitutu bütün fakültələr arasında çox saylı tədqiqat üstünlüyünə malikdir.

Universitet Memarlıq, Biznesin idarə olunması, Texnologiya, İncəsənət və Dizayn, Hüquq, Turizm və bir çox sahələrdə yüksək keyfiyyətli tədris təqdim edir.

24 noyabr, Hilton Baku Otelində baş tutacaq geniş miqyaslı Xaricdə Təhsil Sərgisində iştirak etməklə siz, bütün suallarınıza cavab tapa və bir sıra üstünlüklərdən faydalana bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.